Berti Foqtsun çənginə verilən yığmanın dərdinə ağlayanların göz yaşları çoxdan quruyub. Zamanla hər yara qaysaq bağlayır. AFFA-nın məlum almanlaşdırma siyasətinin qurbanına çevrilən azarkeşlər üçün altıncı barmaq statusu daşıyan yığmada yaxın gələcəkdə nəyinsə müsbətə doğru dəyişəcəyini düşünən ya axmaqdı, ya da baxdığını görə bilməyən məzlum.
Hə, Berti müəllim 2008-ci ilin yazından bəri epizodik uğurların kölgəsində sərinlənir. Sınaqlara, qınaqlara rəğmən, ayağı top tutmayan Dmitri Nazarovu da milliyə dəvət edib fut-bolsevərlərlə məzələndiyini növbəti dəfə isbatlayan əcnəbi öz kefindədi. Adam premyer-liqanın bombardiri Reynaldonu milliyə layiq bilməyib yarıqazax Dmitriyə yol açırsa, bu yeni biznes planlarından başqa bir şey deyil. Ağzı əmzikli körpə də bilir ki, "Qarabağ"ın braziliyalısı səviyyədə vinger yığmanın start heyətində yer almağa layiq fiqurdu.
Nazarovun futbolçu potensialı isə ortabab yerlilərinkindən heç nə ilə fərqlənmir. ABŞ-la oyunda sərgilədiyi futbol (deyəsən, burda bir qədər mübaliğəyə yol verdim. Ayağına 2-3 də-fə top dəyən "kitayski azərbaycanlı", ümumiyyətlə, futbol oynamadı) dodaqlara acı təbəs-süm qondurdu. Onu debüt oyununda meydanda keçirdiyi dəqiqələrə nəzərən qiymətləndirməyə çalışdığımı əsla düşünməyin. Bacardığı budu! Tanrı istedadı hər ayağına buts geyinənə vermir ki… Nədənsə ürəyimdən məhz bu cümləni yazmaq gəldi, ürəyimin xətrinə dəyməyəcəm: dmitrikimilər fəsiləsindən olanları yaxşı axtaran Bakımızın süni örtüklü mini-futbol meydançalarında da tapar.
İndi də keçək Foqtsun özündən gənc həmyerlisiylə "izdivacda olan" U-21-ə. Bernard Lipper-tin nə məşqçi xarakteri var, nə ideyası, nə də mütəxəssis məharəti. 6 ilə 4 qələbə qazanan qıv-rımsaç söz sahibi ötən ilin payızında, daha dəqiq desək, oktyabrın 10-da Norveç üzərində qazanılan 3:1 hesablı səfər qələbəsi ilə çoxlarını yanıltmışdı. Həmin zəfərin ardından qələmini itiləyən "hesab yazarları"nın alovlu yazılarından sitat gətirmək fikrim yoxdu. Ancaq ağlı başında olan o uğuru Lippertin adına yazmağı özünə rəva görə bilməzdi. Fut-boldu, bəzən təsadüflər qaçılmaz olur. Sözügedən görüşdə kişi kimi mübarizə aparanların əziyyətini yerə vurmuram.
Amma AÇ-nin seçmə mərhələsinin oyununda Skandinaviyadan bay-ram havasıyla qayıtmağın özündə bir anormallıq duyulurdu. Tanrının böyüklüyünə şükür, əlacı duaya qalanların hansınınsa üzünə baxmışdı… Az keçməmiş (5 gün sonra) ürəyində final mərhələsinə vəsiqə adlı ümid qığılcımları alovlananlar Portuqaliyadan evdə alı-nan 0:2-yə baxıb köks ötürdü. Növbəti gerçəkliyin səsi isə Makedoniyadakı 0:1-lə gəldi.
Həmişə demişəm, biz azərbaycanlılar təsərrüfat məsələlərində ciddi işlər görməsək də, ümid becərməkdə mahirik. İyunun 1-i yaxınlaşdıqca gənclərin səfərdə yendiyi rəqibi Ba-kıda udacağını güman edənlər yeni ümidlərlə silahlandılar. Nə yazıq ki, Lippertli ko-manda üçün möcüzə sayılan olay təkrarlanmadı. U-21 minimal hesabla yenilib qrupda sonuncu pillədə qaldı. Kvoemonun bizimkilərin qapısına 84-cü dəqiqədə yol tapdığını, təmsilçi-mizin də hücumlar qurduğunu söyləyərək ucuz təsəlli nöqtələri axtaranlara bu yorucu yolda uğurlar diləyirəm. Həqiqətin isə bir sifəti var: Lippert qovulmalıdı, vəssalam.
Qıvrımsaç Foqtsun sərəncamına göndərdiyi əfranların, arazların, maksimlərin adını çək-məklə sudan quru çıxmağa can ata bilər. Bəhanə uydurmaqda ustadına çəkən məşqçi özü də bi-lir ki, o oyunçuları klub çalışdırıcıları ortaya çıxarıb. Rauf, Əfran, Maksim Lippertin yetirməsidisə, bəs Qurban Qurbanov bu uşaqların futbolçu səviyyəsinə çatması üçün nə edib? Məgər gənc oyunçu yığmada yetişir?
Şüşəli sarayda hegemonluq edən "vəzirin" – Elxan Məmmədovun dəstəyi ilə xalqa nağıl danışan eynəklinin yerində öz məşqçi imicinə, mütəxəssis adına hörmətlə yanaşan birisi olsaydı, çiyninin gücüylə düz gəlməyən yükü götürdüyünə görə üzr istəyib çantasını çoxdan toplayardı. Hərçənd "sarayda ədalətli pad-şah olsaydı, ilk növbədə vəziri asdırardı"…




Fikirlərini bizimlə bölüş!