Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qorxaq meyxanaçı

ABŞ ilə oyunun səhərin erkən saatlarında keçirilməsindən ən böyük qazancla çıxan Kamran Ağayev oldu. Əlbəttə, iki qol buraxdığına görə demirəm. Onsuz da yığmanın qapısını Kam-ran yox, lap Kasilyas da qorusa, hər oyun üçün normamız var. Qazanc məsələsini küçə söyüşünə görə dedim. Hər halda, oyun səhər yox, axşam saatlarında keçirilsəydi, Kamranın o “gic…” sözünü minlərlə yox, milyonlarla adam eşidəcəkdi… Məmləkətin bayram günü olmasaydı, işə tələsənlər də ekrana qulaq kəsiləcək, o vulqar ifadə çoxlarının üzünü qızardacaqdı.

Çox təəssüf ki, bu boyda həngamədən sonra da Kamrana hansısa şəkildə haqq qazandıranlar var. Məsələn, biri mənə deyir ki, sən özün də futbol oynayanda dayana bilmirsən, ağzından biədəb sözlər çıxır. Yaxşı, anladım, amma mən o sözləri deyəndə əynimdə milli forma ol-mur, oyun bu boyda ölkəyə translyasiya olunmur, üstəlik, “Baksell”in reklam siması da deyi-ləm ki, şirkət hərəkətimə görə xəcalət çəksin, utansın.

Kamran özünü elə dalana salıb ki, burdan çıxış yoxdu. Elvin Yunuszadəni söyübsə, deməli, komanda yoldaşına açıq-aşkar hörmətsizlik göstərib. Həm də ölkənin əsas komandasında belə söyüş ab-havası hökm sürürsə, hansısa nəticəyə ümid etməyə dəyməz. Düzdü, oyunboyu müdafiə olunan istənilən komandanın üzvü gərginlik keçirə, əsəbləri pozula, oyundaşının hansısa hərəkətini qəbul etməyə bilər. Amma küçə söyüşü…

Tutaq ki, Kamran Elvini yox, ABŞ yığmasının üzvünü söyüb. Bu halda məsələ daha da qəlizlə-şir. Çünki biz yığmanın ulduzlarından birinin aşkar qorxaq obrazı ilə üz-üzə qalırıq. Yə-ni Kamranın cəsarəti çatmır ki, komanda yoldaşını incidən amerikalıya “f” hərfi ilə başlayan o məşhur ifadələrdən birini desin. Beləliklə, bizim bu məşhur meyxanaçı, rek-lam siması olan qapıçı həm də qorxağın biri imiş. Söysəydi, ya hakimdən, ya da söyüş ün-vanladığı rəqib futbolçudan yaxşıca qulaqburması alacaqdı.

Ümumiyyətlə, Kamrana, onun kimi dövranın gərdişindən bixəbər yığma üzvlərinə məsləhət görərdim ki, meyxanadan və başqa belə heç bir intellekt tələb etməyən vərdişlərdən əl çəksinlər, imkan daxilində ingiliscə elementar ifadələri, elm və texnologiyanın son ye-niliklərini öyrənsinlər. Kamran dediklərimi öyrənsəydi, heç şübhəsiz, bilərdi ki, dün-yanın aparıcı futbol ölkələrində meydançanın bütün perimetri boyunca xüsusi mikrofon-lar qoyulur. Həmin mikrofonlar oyunun gedişində ən cüzi səsin belə səs rejissorlarının və tamaşaçıların diqqətindən kənarda qalmamasına hesablanıb.

Açığı, yığmada söyüş olayı ilk dəfə yaşansaydı, bəlkə də Kamranın günahından keçmək, əməlini cavanlığına bağlamaq, düzələcəyinə ümid etmək olardı. Amma 2012-nin sentyabrın-da keçirilən Portuqaliya – Azərbaycan oyununda da müdafiə xəttinin bundan betər ifadələr-lə yadda qaldığını xatırlamaq lazım gəlir. Deməli, yığmaya bu gün üçün ölkənin təkcə sər-gilədiyi oyuna yox, həm də söyüşcüllüyə və tərbiyəsizliyə görə aparıcı futbolçuları toplaşıb. Deməli, demokratiyanın beşiyi sayılan bir ölkədə meydana çıxmaq da bizimki-lərin məsuliyyət yükünü artırmır.

0:2-dən isə heç danışmağa dəyməz. Ancaq müdafiə olunmaq vərdişlərini təkmilləşdirən, bununla belə, standart vəziyyətlər qarşısında istənilən halda aciz qalan komanda qələbə qaza-nası deyildi ki! Bu komandanın oyununda açıq-aşkar yaradıcılıq çatmır. Foqts uşaqları “ikinci skripka” roluna necə öyrəşdiribsə, özümüzdən zəiflərlə oyunlarda hücum etmək lazım gələndə də çaş-baş qalırıq. Bir sözlə, AÇ-2016-nın seçmə mərhələsiylə bağlı illüzi-yalar qurmayın. Mirzə Ələkbər Sabir demişkən, necə görmüşdüsə Nuh, öyləcədir!

Fikirlərini bizimlə bölüş!