AZAL Qvanzav Məhəmmmədovu transfer etdiyini bu fotoyla açıqlayıb. Bu Qvanzava bizim vətəndaşlıq veriblər, gənclər millimizdə oynadıblar deyə, komandaya götürüblər. Yoxsa legioner qismində heç kimə maraqlı gəlməzdi.
Amma şəkildən də gördüyünüz kimi millimizin üzvü olmasına rəğmən, adam özünü fəxrlə “Russia”lı sayır.
Heç olmasa təqdimat mərasimində buna başqa paltar geydirmək olmazdımı???
Bu dağıstanlıları Moskavada adam yerinə qoymur ruslar. Di gəl ki, yenə “Rusiya” deyib, “Rusiya” eşidirlər. Mən hələ futbol tarixində Dağıstandan fərli bir futbolçu çıxdığını eşitməmişəm. Bizimkilər isə bunların hər yoldan ötəninə Azərbaycan pasportu verib, futbolumuzun yuxarı başına keçirir. Heyif ki, çörəyimizin duzu yoxdu.
Deyəsən, Şamil Qurbanovun utanmaz-utanmaz erməni klubuna baxışa getməsi bizimkilərə dərs olmadı…




Fikirlərini bizimlə bölüş!