“Kəpəz”in Azərbaycanda ən böyük azarkeş kütləsinə malik klub olması danılmaz faktdı. Əgər Gəncə komandasının məsələn “Xəzər” kimi sponsoru, müasir stadionu və daha iddialı heyəti olsaydı, eynilə SSRİ çempionatlarında və 90-ci illərdəki kimi hər oyunu 20-30 minlik ağzınacan dolu tribunalar önündə keçirərdi.
Bu, Hafkayla birgə var olub, Hafkayla birgə yox olan “Bakı”, Cahangirlə guruldayıb, Cahangirlə də sönən “İnter” və ya izi-tozu qalmayacaq başqa biri deyil. “Kəpəz” onilliklərlə formalaşan ənənənin, azarkeş mədəniyyətinin, tarixin daşıyıcısıdı. 10 ildən çoxdu dəfn edilməyə çalışılan, amma yenə yox edilə bilməyən bir şanlı tarixin təzahürüdü.




Fikirlərini bizimlə bölüş!