Azərbaycan futbolu

Xəbərlər və təhlillər

SOCAR-da “Game of Thrones”: “Neftçi”nin baş məşqçi postu uğrunda

Neftçi azarkeşlərini hazırda ən çox maraqlandıran suallar bəllidi. Komandanın yeni baş məşqçisi kim olacaq? Yerli və ya xarici mütəxəssis? Yeni təyinat nə zaman açıqlanacaq?

Görünən budur ki, Kəpəz ilə oyuna Neftçini komandanın içində olan biri çıxardacaq. Çox güman bu İqor Getman olacaq. Novruz Əzimov yaşca daha böyük olsa da, klubda yeni simadı. Və belə dəsək Elxan Abdullayevın "kadrıdı". Çox vaxt belə hallarda baş məşqçi postuna dublun çalışdırıcısı gətirilir. Lakin indi bu mümkün görünmür. Elşad Əhmədov öz postunda qalacaq.

Kamal Quliyev? Yayda bu mütəxəssis yuxarıdan tapşırılaraq kluba gətirilib. Özü də əvvəlcə bəyan edib ki, idman direktoru postuna gətirilir. Sonradan nə oldusa, idarəçilər onu tapşıran adamı (SOCAR-in vitse prezidentlərindən biri) inandırdılar ki, bu vəzifə Kamallıq deyil və beləcə Quliyev klubun akademiyasına göndərildi.

İndi görək SOCAR-dakı "Game of Thrones" adlı nüfüz oyununda hansı vitse qalıb gələcək. Kamalı tapşıran qüvvə klub üzərində hakimiyyəti tam alsa, bu mütəxəssis azı ilin sonuna qədər baş məşqçi səlahiyyətlərini icra edəcək. Açığı, özüm Kamalı buna hazır saymıram. Bu sponsorlar da dəhşətdi. Futbol adamlarından kimi tanıyırlarsa, elə bilirlər bu adam dahidi. Vəli Qasımov da posta bu yolla (başqa kanal ilə) gətirilmişdi.

Bir çox azarkeş Tərlan Əhmədovun gətirilməsini istəyir. Futbolu bilən, öz üzərində çalışan birisidi. AZAL-da yaxşı çalışdı, di gəl klubun maddi imkanlı çox aşağı idi.

Ümümiyyətlə, təəssüflə qeyd edirəm ki Azərbaycanda savadlı, dünya futbolu ilə ayaqlaşan məşqçilər demək olar ki, yoxdu. Bir ölkədə ki məşqçiləri bezdarnı Lippert və onun tərcüməçisi dərs deyir…

10 il ərzində futbola böyük investisiyalar qoyuldu, di gəl ki AFFA-dan normal deyə biləcəyimiz məşqçi çıxmadı.
Kimlərin adı çəkilmir ki? Ay millət, birdəfəlik bilin ki Nazim Süleymanov məşqçi deyil! Arif Əsədov da onun kimi! Böyükağa Hacıyevin səhhəti ona çalışmaqa imkan vermir. Sonra kim qaldı? Yünis Hüseynovu bir insan kimi çox istəyirəm, amma o da öz üzərində çalışmır, elə 2004-cü ildə qalıb. Sonra? Ağasəlim Mircavadov 10 ildi işləmir.

Təyinat AFFA xətti ilə həyata keçirilərsə, Yaşar Vahabzadə da təyin oluna bilər. Hələ Təbriz Həsənov kimi ünlü məşqçi da təyin oluna bilər. Necə deyərlər, niyə də yox? 🙂

3-cü turdan sonra çempionatda uzunmuddətli fasilə yaranacaq. Bax bundan sonra da təyinat rəsmiləşəcək. Aldığım məlumata görə, Neftçinin baş məşqçisi Kaxaber Sxadadze da ola bilər…
Və ən əsası. Bir məşqçi təyinatı ilə işlər düzəlmir. Hadisələrin gedişatı göstərdi ki, Elxan Abdullayevın təyinatı səhv, düşünülməmiş qərar idi. Görək indi qərarı kimlər və hansı şərtlərdə qəbul edəcək, bundan sonra klub necə idarə olunacaq…

Erkin İBRAHİMOV

Fikirlərini bizimlə bölüş!