Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Şübhəli dəyişiklik-Fariz Yusifov Əliyar Ağayevlə niyə əvəzlənib?

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun oyunlarına hakim təyinatları açıqlanıb. Təyinatlar Peşəkar Futbol Liqasının rəsmi saytında da yerləşdirilib.

Hakim təyinatlarında olduqca şübhəli olay baş verib. Belə ki, əvvəlcə PFL-in rəsmi saytında “Bakı”-“Neftçi” oyununa baş hakim kimi Fariz Yusifovun təyinat aldığı göstərilib.
Amma üstündən təximnən bir saat keçəndən sonra bu təyinatda dəyişiklik olub. Fariz Yusifov Əliyar Ağayevlə əvəzlənib.

Bu müəmmalı dəyişikliyin səbəbini araşdırmağa çalışdıq. AFFA-da çalşan şəxsin Publika.az-a verdiyi məlumata görə, dəyişiklik “Bakı” rəsmilərinin etirazından sonra baş verib.

Fariz Yusifov “Neftçi”nin hakimi kimi tanınır. O, “Neftçi”nin vitse-prezidenti, keçmiş hakim Tahir Süleymanovun tələbəsidi. “Bakı” rəsmiləri məhz bu amili qabardaraq Yusifovun başqa hakimlə əvəzlənməsini tələb ediblər.

PFL bu tələbin qarşısında duruş gətirə bilməyərək, onu Əliyar Ağayevlə əvəzləyib. Qeyd edək ki, Əliyar Ağayev də “Qarabağ”ın hakimi kimi tanınır.

Məsələyə tərəflərin də mövqeyini öyrənmək istədik. “Neftçi”nin mətbuat xidmətinin rəhəbi Gündüz Abbaszadə olaya belə reaksiya verdi: “Bizim üçün hakimin kim olmasının fərqi yoxdur. Kim olursa olsun, ədalətli oyun idarə etsin”.

PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev yas yerində olduğunu və olaydan xəbərsiz olduğunu bildirdi.

21-ci turun təyinatları:

14 fevral (cümə)

“Simurq” – “İnter”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Mübariz Haşımov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zaqatala şəhər stadionu, 15:00

15 fevral (şənbə)

“Qəbələ” – “Xəzər Lənkəran”
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu, 15:00

“Qarabağ” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu, 17:00

“Sumqayıt” – “Rəvan”
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 16:00

“Bakı” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Murad Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 13:30

Fikirlərini bizimlə bölüş!