Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Super “fatehlər”

Ötən il "Qarabağ"la "Neftçi"nin qarşılaşmalarına "Avropa fatehlərinin dueli" adını qoy-muşdular. Açığı, bu adın ideya müəllifinin kim olduğunu bilmirəm. Amma zaman sübut etdi ki, bizimkilər həmin adı doğrultmağa layiq deyil. Əvvala, bir dəfə qrup mərhələsinə çıxan, bir neçə dəfə pley-offa yüksələn klub nə vaxtdan fateh sayılır?

Təkcə Gürcüstandan, Maltadan olan rəqibləri məğlub etməklə böyük klub olmurlar, əzizlərim. Böyük olmaq istəyən sözün əsl mənasında gərək həmin böyüklüyün yükünü daşımağa hazır olsun. Həm "Qarabağ", həm də "Neftçi" sevinsin ki, PFL-in prezidenti mən deyiləm. Mən Ramin Musayevin yerinə olsaydım, avqustun 13-də Superkubok oyununa çıxmağa razılıq verən, sonradan da təxirəsalma xahişiylə PFL-ə məktub üvnanlayan klubların bu mükafata layiq olmadığını bəyan edər və birdəfəlik həmin qarşılaşmanı təqvimdən çıxarardım.

Bu necə olan işdi? Yoxsa "Qarabağ"la "Neftçi" av-qustun 13-də qarşılaşmağa razılıq verəndə avrokuboklarda bu qədər uzun yol qət edəcəklərini nəzərə almayıblar? Düşünüblər ki, avqustun əvvəlinə qədər Avropada işimiz bitər, sonra da sa-kitcə çempionatın ilk turunda meydana çıxar, ardınca da Qəbələyə yollanarıq.

Tərəf tutmaq ki-mi çıxmasın, mənə elə gəlir ki, Superkubok uğrunda qarşılaşmanın təxirə salınmasıyla bağ-lı ilk təşəbbüsü "Qarabağ" tərəfi səsləndirib. Münəccimliyə ehtiyac yoxdu, "Neftçi"nin Nax-çıvana yolladığı heyətə baxmaq kifayətdi. Ötən həftə Tiflisdən qayıdan komandanın futbol-çuları indiyə qədər həmin ağır qarşılaşmanın yorğunluğunu çıxarmış olardı. Bu səbəbdən onların "Araz Naxçıvan"la oyundan azad edilməsinə ehtiyac da yox idi. Üstəlik, Böyükağa Ha-cıyevin də uzaq səfərdən imtina etməsi onu düşünməyə əsas verir ki, "ağ-qaralar" bütün planla-rını avqustun 13-də Qəbələdəki oyunun hazırlığına uyğun qurublar. Yoxsa startdakı 3 xal kimə artıqlıq edirdi?

"Neftçi" əsas heyətin daha iki-üç futbolçusunu Muxtar Respublikaya aparsay-dı, ən azı böyükhesablı məğlubiyyətdən qaça bilərdi. Məsələnin ikinci tərəfi "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun "Sumqayıt"la oyundan sonra dediyi sözlərdi. Qurban bəy açıq-aşkar etiraf edir ki, o, Qəbələdəki oyunun təxirə salınmasını arzulayır və bunun "Neft-çi" üçün də yaxşı hal olacağını düşünür. Nə vaxtdan rəqibin halına acımaq sizin problemi-niz olur?

Türklər demişkən, hər kəs kəndi maçına baxsın. Avroliqanın pley-off oyunları av-qustun 21-də start götürür. Yetərincə zaman var ki, Superkubok oyunu keçirilsin və həmin oyu-nun yorğunluğu da hər iki komandanın futbolçularının canından çıxsın. Şübhə etmirəm ki, Qurban bəy bu istəyini hələ "Sumqayıt"la oyundan əvvəl PFL prezidentinə çatdırıb və onun ra-zılığını alıb. Belə olmasaydı, çalışdırıcı oyunsonrası mətbuat konfransında belə açıqla-ma verməzdi. İşin qəribə tərəfi odu ki, bu yazını qələmə alana qədər əlaqə saxlamağa çalışdı-ğım rəsmilərdən heç kimi olaya doğru-düzgün izah verə bilmədi. Nə klubların, nə də PFL-in mətbuat xidmətindən təxirəsalma ilə bağlı ilk təşəbbüsün kimdən gəldiyini öyrəni bilmə-dim.

Təsəvvür edin ki, hər iki klub bir-birini təkrarlayırmış kimi təşəbbüsün rəqib düşər-gədən gəldiyini iddia edirdi. Sonradan məsələ daha da böyüdü, çalışdırıcılar və klub rəs-miləri verdikləri açıqlamalarda meydana çıxmağa hazır olduqlarını bəyan etdilər. Sən vur-madın, mən yıxılmadım. Ramin Musayev özbaşına oyunu təxirə saldı? Həyat belədi, yaxşı şeyə sahiblənməyi hamı istəyir. Elə ki ortada bir qəbahət oldu, yiyəsi tapılmır. Eynilə "Bi-zim Cəbiş müəllim" filmindəki bazarda təpiklənən hinduşka kimi.

Belə hərdəmxəyallıq nə klublarımıza, nə PFL-in nüfuzuna, nə də ümumilikdə futbolumuza başucalığı gətirir. Atala-rımız nahaq yerə "yüz ölç, bir biç" deməyiblər ki. Superkubok uğrunda oyunun avqustun 13-də ke-çirilməsinə razılıq verəndə hər şeyi dərindən düşünmək lazım idi, əziz Qurban Qurbanov, Bö-yükağa Hacıyev və Ramin Musayev. Dəqiq bilmirəm, geriyə ilk addımı kim atıb. Amma hər bi-rinizin bu tragikomik rəzalətdə günah payınız var. Eşşəyə minmək bir ayıbdısa, ordan düş-mək yüz ayıbdı. Yığışın, birdəfəlik Superkubok ideyasının üstündən çalın-çarpaz xətt çəkin. Yoxsa hər dəfə bu problem sizi və bizi gülünc duruma salacaq.

Superkubokun zamanında baş tutması indiki halda mümkün görünmür. Ya bizim "fatehlərimiz" avrokubokların elə ilkin təsnifat mərhələsində uduzmalı, ya da peşəkarlıqlarını artırıb, həftədə iki oyuna çıxmağa qadir heyət qurmalıdılar. Birinci variantı heç arzulamırıq. Əksinə, ikincini isə illərdi arzulayırıq, gecə-gündüz təkrarlayırıq. Amma heç bir faydası yoxdu. Gün o gün olsun ki, elə həmin gün olsun!

Fikirlərini bizimlə bölüş!