Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ya KƏPƏZ kimi varsan, yada ki yoxsan!

Qarışıq hisslərdi… Bilmirəm ən sevdiyim klubun – "KƏPƏZ"in bu şəkildə elitaya qayıdışına sevinəm, yoxsa üzüləm. Hələ ki, yaxşı tərəfini fikirləşirəm. Ümidliyəm. Ümid edirəm ki, çox şey dəyişəcək. "KƏPƏZ" təpədən-dırnağa yenilənəcək və nəhayət, əvvəlki kimliyini, simasını qaytaracaq.

Əgər Xanlar Fətiyevin dövründəki kimi sürünməyə, oyun satmağa, yenə şanlı statistikasını minuslamağa gəlirsə, heç gəlməsin!!!

Özündən sonra köhnə bazasını-infrastrukturasını dağıdıb-uçurub, uşaq futbol məktəbini viran qoyub gedən, Gəncə kimi futbolçu beşiyindən bir ayağı top tutanı yetişdirməyən həmin sponsorun nə faydası dəydi ki? Deputat mandatı alana, beşinci sort legionerlərə, Elmirlərə qazanc mənbəyi oldu, vəssalam.

Şəxsən mənim üçün ancaq iddialı, adı kimi daim zirvədə olan, gənc istedadların bulaq kimi qaynadığı "KƏPƏZ" var. Başqasını, geydirməsini tanımıram, qəbul etmirəm. Saxta "kəpəz"in yeri elə birinci divizondu. Qoyun, elə ordaca qalsın. Belə daha az qıcıqlandırar. Varlığıyla-yoxluğu bilnməz.

"KƏPƏZ"in dönüşü ya möhtəşəm olmalıdı, ya da heç olmamalıdı. Bu "rəvan"- "muğan"lardan deyil ki, bəhruzkimilər pul yesin deyə, mövcüdluğunu sürdürə.

Görüntü üçün, minlərlə gəncəli azarkeşin gözündən pərdə asmaq məqsədiylə, "qaloçka" xətrinə "KƏPƏZ"i qaytarırsızsa, birinci elə özüm o komandaya düşmən kəsiləcəm!!! Düşünürəm ki, bu həm də əksər gəncəli tərəfdarların mövqeyidi .

Elsevər PAŞAYEV

Fikirlərini bizimlə bölüş!