Azərbaycan çempionatının avrokuboklara getməkdən başqa funksiyası yoxdu, bunu hamı bilir. İllər boyu da Avropada qapazaltı olub klublarımız. SOCAR AFFA-nı nəzarətə götürəndən sonra, pullar töküləndən sonra işlər düzəldi.
Adicə qələbə uğur sayılarkən, indi cəmi 1-2 tur keçən komanda (!) uğursuz sayılır. “Qarabağ”ın qrupdan çıxa bilməməyinə üzülürük. Reytinqimiz isə 45-50’lərdən 20-25’lərə çıxıb. Bu ilə 23-cü sırada başlayırıq, trendi davam etdirə bilsək, gələn ilə 20’dən başlayarıq. Bu artıq çox yüksək nəticədi.
Sıfır avrokubok təcrübəsiylə “Zirə” ilk turda səpələnmişlər səbətinə düşdü. “İnter” (1-ci mərhələni keçsə) və “Qəbələ” hətta 2-ci mərhələdə, “Qarabağ” isə ÇL-in 3-cü (2-ci mərhələni keçsə) mərhələsində səpələnmiş olacaq. Yəni illərlə tökülən pulların bəhrəsini görmək üzrəydik ki… Neft ucuzlaşdı. Ay səni, yaramaz neft!




Fikirlərini bizimlə bölüş!