Yeni mövsümün hazırlıqlarına başlayan “Kəpəz“in əsas komandasına baş məşqçi Azər Məmmədovun oğlu da dəvət alıb. Hüseyn Məmmədov klubun 17 yaşlılardan ibarət komandasının üzvüdür. Akademiyanın yetirmələrinə şans verən çalışdırıcı oğlunu da məşqlərə cəlb edib.
Bununla da əsas komandada Məmmədovların sayı 3-ə çatıb. Belə ki, klub rəsmən açıqlamasa da, Azər bəyin qardaşı oğlu Fərid Məmmədov da məşqçilər korpusunda yer alıb.


Fikirlərini bizimlə bölüş!