AP agentliyi “Bakı”nın sahibi Hafiz Məmmədovun İngiltərənin “Lids” klubunun səhmlərinin alınması ilə bağlı danışıqlar apardığını bildirib. Məlumatda “Bakı”nın Madrid “Atletiko” və Lansın eyni adlı klubu ilə imzalanan müqavilələrindən danışılır.
“Hafiz Məmmədov “Bakı”nın prezidentidir. Bu iş adamı eyni zamanda Madrid “Atletiko”sunun sponsorlarından birinə çevrilib. Komandaya lazımi dəstəyi göstərən cənab Məmmədov ölkəsi Azərbaycanı təbliğ edir. “Atletiko” futbolçuları üzərində “Azerbaijan Land of Fire” yazılan formalar geyinir. Cari mövsümdən Çempionlar Liqasında da bu formalar geyiləcək. İki ay əvvəl Hafiz Məmmədov “Atletiko” ilə olan müqaviləni uzatdı. Yeni razılaşma 2015-ci ilin mayına qədər nəzərdə tutulub. Ardınca Fransanın “Lans” klubu ilə əməkdaşlıq imzalandı. “Lans”la əməkdaşlıq daha geniş işlərlə əlaqədardır.
Belə ki, Hafiz Məmmədov hər il “Bakı” klubunun aşağı yaş qruplarında oynayan yeniyetmələri bu kluba göndərir. Orada hazırlıq keçən azərbaycanlı uşaqlar eyni zamanda karyeralarını orada davam etdirə bilər. İndiki halda bu layihəyə həm də Azərbaycan futbolunun gələcəyi kimi baxılır. Ölkə futbolu irəli getmək üçün vəsait xərcləyir, amma ciddi nəticə yoxdur. Azərbaycan nadir ölkələrdəndir ki, futbolçular yalnız öz ölkələrində çıxış edir. Buna görə milli komandada böyük uğur qazana bilmir.
Son günlər Hafiz Məmmədovun daha bir klubla əməkdaşlıq müqaviləsi imzalayacağı deyilir. Bu, İngiltərənin aşağı liqa təmsilçisi “Lids”di. Hazırda maliyyə çətinliyi ilə üzləşən “Lids” yeni sponsorlar axtarışındadır. Hətta səhmlərinin satışa çıxarıldığı deyilir. Hafiz Məmmədov “Lids”lə danışıqları uğurla başa vursa, ingilis klubunun futbolçuları da meydana “Azərbaycan” yazısı olan formalarda çıxacaq.
Maraqlıdır ki, “Bakı”da bir neçə xarici ölkələrin futbolçuları çıxış edir. Baş məşqçi isə ispandır. Qarşısına ciddi hədəflər qoyulub. Həm çempionluq, həm də kubok uğrunda yarışır. Aşağı yaş qruplarında çoxlu sayda istedadlı yeniyetmələr var”




Fikirlərini bizimlə bölüş!