Bizim Turan

Deməli, Arda’nın Barcelona’ya keçəcəyi məlum olanda, məni ən çox təəccübləndirən bizim “futbol dahilərinin” münasibəti idi. Əksəri az qala Barca’ni qınadı ki, nəyə alıblar, o səviyyədə futbolçu deyil zad.

Rusların da şərhlərinə baxdım maraq üçün. İnanın ki, bu qədər neqativ yox idi. Bilmirəm özlərini dərin futbol bilicisi göstərmək hvəsəi idi, ya nəydisə, elə hay-həşir saldılar, elə reaksiya verdilər ki, sanki Ardanı bunların dədəsinin pulunu xərcləyib alıblar.

Halbuki, o, hemişə Azərbaycana ve insanlarımıza qarşı çox diqqətlidi. Hər hansı bir azərbaycanlı tərəfindən belə münasibətə heç layiq deyil.

Əlbəttə, Arda nə Messidi, nə də Ronaldo. Amma o, bizimkidi, özümüzünküdü. Onun soyadı TURAN’dı!!!

Fikirlərini bizimlə bölüş!

E-poçt ünvanınız yayımlanmayacaq. * işarəli sahələr mütləqdir.