Cahangir Fərəcullayevin gördüyü iş

Cahangir Fərəcullayevin gördüyü iş — AFFA təhlili illüstrasiyası

AFFA-nın baş katibi Cahangir Fərəcullayev futbola gəlməzdən qabaq futboldan uzaq adam olmayıb.

“Azərlotoreya”da (“Misli”nin daxil olduğu və “Caspiantech”də (Topazın daxil olduğu) vəzifələrdə çalışıb.

Yəqin yaxşı işləyib ki, bu qədər məsul vəzifə veriblər.

Amma bu həna o hənadan deyil…

Litva ilə heç-heçənin az qala qələbə kimi təqdim ediləcəyinə şübhəm yoxdu.

Bilməyənlər üçün deyim ki, Millətlər Liqasının ən altında 2 qrup var bir Azərbaycan, Litva və Lixteynşteyn, digəri Malta, Andorra və Cəbəllütariq.

Deməli bu 6 komandadan ən yaxşı nəticə göstərəni Millətlər Liqasında pley-off oynayıb Avropa Çempionatının final mərhələsinə yüksələ bilər.

Bukmekerlər bugünkü Litva ilə oyunacan Azərbaycanı ən şanslı sayırdı.

Amma millimiz dünya reytinqində özündən 23 pillə geridə – 149-cu pillədə olan rəqibə qalib gələ bilmədi…

Son saniyələrdə Ayxan Abbasovun əvəzetmə etdiyini də nəzərə alsaq, bu nəticənin Cahangir Fərəcullayevi qane etdiyini və pley-off xəyallarını belə qurmadığını düşünmək olar.

Adam gül kimi “Poz Qazan”, “Binqo”, “Şeş Beş”, “Ağ qoşa” və başqa işlərlə başını qatırdı da…

Yaxşı ki, Millətlər Liqasında D Liqasından aşağı düşmək olmur…

P.S. Hardasan, ay Sent Lüsiya…

Cahangir Fərəcullayevin gördüyü iş — AFFA təhlili illüstrasiyası

Mövzu üzrə digər yazılar: İlham Əliyev niyə daha futbola gəlmir? və Qəhvəxana.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!