Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Elnurun doğmalarına qovuşması

Elnur Allahverdiyev gəzdi, dolandı, axırda da "Neftçi"yə qayıtdı. Mahir Şükürovun gedişindən sonra "ağ-qaralar"ın belə müdafiəçiyə ehtiyacı çox idi. Bu iş Məqsəd İsayev və Elvin Yunuszadəylə olmaz. Sağ olsunlar, Bertuççini də geri qaytardılar. Belqradda "Partizan"la oyu-nun sonlarında öz komana yoldaşına təpik atan Erik Ramos da ordadı. Elnuru darıxmağa qoymayacaqlar. Adam darıxmaqdan kökəlməyə başlamışdı. Nə sirri-xudadısa, Allahveriyev ötən ilin bu günlərində də "Xəzər Lənkəran"dan qovulmuşdu. Onda sənədləri saxtalaşdırmaq, keçmiş tarixli möhür vurmaq bahasına olsa belə, "transfer pəncərəsi" bağlanandan sonra müdafiəçi-nin "Qəbələ"yə keçidi baş tutmuşdu. İndi də Elnur "Neftçi"ylə münasibətlərini sentyabrın 11-də rəsmiləşdirdi.

Deyilənə görə, hələ avqustun sonlarında onun sənədlərini özünə verib, Qəbələdən Bakıya yola salıblar. Belə çıxır ki, "Qəbələ"dən sənədlərini alandan sonra Allahverdiyev "Xəzər Lənkə-ran"a qayıdacağına ümid edirmiş. Fikirləşirmiş ki, yerli futbolçuları ucdantutma heyəti-nə qatan "ağ-yaşıllar" tarixin təkərini geri fırladacaq, bir il əvvəl güclə xilas olduqları problemli müdafiəçini "gəmi"yə dəvət edəcəklər. Bəribaşdan deyim ki, Allahverdiyevi he-yətə qatmayan "Xəzər Lənkəran" bu məsələdə "Neftçi"dən daha ağıllı tərpəndi. Bu münasibətlə cənubluları təbrik edirəm. "Böyük oyun" ərəfəsində onları 1:0 hesabıyla öndə saymaq olar. Elnurun xarakteri bir tərəfə, düz-əməlli futbol oynamaq bacarığı olsaydı, Muntyanu ondan imtina edərdi? Təəccüblənirəm ki, bu sadə həqiqəti "Neftçi"də anlamaq istəmədilər.

Yeni komandasına gələn kimi futbolçu bərli-bəzəkli açıqlamalar verib. Oxuduqca oxumaq istə-yirsən. Hər yeni abzasda da Elnurun "Neftçi"yə olan sevgisinə və sədaqətinə heyran qalmaya bilmirsən. Hətta ürəyindən qara qanlar axır. Fikirləşirsən ki, Gedenin vaxtında "xalq koman-dası"ndan uzaqlaşdırılan müdafiəçi ötən illər ərzində bu ayrılığa necə dözürmüş? Halal olsun, böyük ürək sahibidi. Ürəyi bir az zəif olsaydı, "Neftçi" həsrətinə yenik düşərdi, xif-fət onu əldən salardı. "Xəzər Lənkəran"da oynayanda "Neftçi"nin hakimlərə təsir etdiyini və onlara qarşı premyer-liqanın digər klublarını stimullaşdırdığını iddia edən Elnur indi bu cür "xırda" şeylərə görə narahat olmaycaq. Artıq o, "Neftçi"nin futbolçusudu. Yeni koman-dasındakı mühit, əhatə olunduğu qayğı ilk gündən onun xoşuna elə gəlib ki, karyerasını da məhz "Neftçi"də bitirməyə qərar verib. Sitat: "Çalışacam ki, yaxşı oyun göstərim və uzun müd-dət "Neftçi"də qalım. İstəyirəm ki, burda uğurlar qazanım və karyeramı da elə burda bitirim".

Deyirəm, ey gidi dünya, vaxtilə Lənkərana sevgisindən danışan, maşınına Lənkəranın seriya-sına uyğun nömrə alan adam indi "Neftçi"yə ürəkdən bağlı olmasından, bu klubda karyerası-nın sonuna kimi qalmaq arzusundan dəm vurur. Yoxsa dostu Mahir Şükürov kimi, Elnur da yaxşı başa düşür ki, Azərbaycanda ona qucaq açacaq sonuncu klub elə "Neftçi" idi. "Xəzər Lənkəran" və "Qəbələ"dən qalmaqalla ayrılan sol cinah müdafiəçisinə Qurban Qurbanov "Qarabağ"ın bazası-nın qapısından içəri keçməyə belə icazə verməzdi. Dəmir nizam-intizam vurğunu olan Kaxaber Tsxadadzenin "İnter"ində də ona yer tapılmazdı. Elə Kaxanın həmyerlisi Çixradze də onu ya-xına buraxmazdı. "Bakı"nın isə ona verməyə pulu yoxdu. AZAL-la "Araz Naxçıvan" rəhbərliyi də bu cür yüksək ödənişli və faydasız futbolçunu heyətə qatmaqla ağrımayan başlarına yaylıq bağlamazdılar. Belə çıxır ki, Elnur "Neftçi"dən dəvət almasaydı, "Sumqayıt"a pənah aparmalı olacaqdı. İstədiyi yar idi, onu da pərvərdigar yetirdi.

Sadıq Sadıqov ilyarım əvvəl "Neftçi"nin futbolçularıyla əlbəyaxa olan, onlara təpik atan futbolçunu yanına çağırdı. Aravuranlıq edib, Sadıqovla Allahverdiyevin münasibətlərini korlamaq istəmirəm. Onsuz da son vaxtlar Sadıq bəyin sabiq "Neftçi"lilərə ilgisi artıb. Sanki bütün gördüklərimiz yuxu imiş, "Neftçi" zamanı dayandırıb, hər şeyə elə qaldığı yerdən da-vam edəcək. Onsuz da bu mövsüm premyer-liqanın səviyyəsində eniş var. Bir tərəfdən yeni le-gioner limiti, digər tərəfdən klublara yönələn maliyyə vəsaitinin azaldılması öz təsirini meydanda sərgilənən oyunlara göstərməyə bilməz. Belədə Elnur da "Neftçi"də başını girələ-yib, çulunu sudan çıxarmağı bacaracaq. Məni narahat edən başqa məsələdi. Şeytana lənət, bir-dən Elnur indi də "Neftçi"nin formasında "Xəzər Lənkəran"ın futbolçularına təpik atsa, necə olacaq? Həmin an göydən başımıza daş yağmazmı?

Fikirlərini bizimlə bölüş!