Elxan Məmmədovun "desantı” kimi "Neftçi”yə atılan Elnur Məmmədov ötən il verdiyi müsahibələrindən birində belə demişdi: "Əsl "xalq komandası” budu, biz "Neftçi”ni sözün əsl mənasında xalqın komandasına çeviririk”. Artıq Elnur Məmmədov "Neftçi”dən qovulub. Özü də böyük biabırçılıqdan, klubun tarixinə qara ləkə kimi yazılan 0:8 hesablı məğlubiyyətdən sonra.
Amma toplanların yeri dəyişilsə də, cəm hələ də yerindədi. Elnur Məmmədovla birlikdə "Neftçi”nin məhv etmək planının icrasına görəvləndirənlər ordadılar. Bu xalqın qüruru sayılan, tariximizin ayrılmaz parçası olan 80 yaşlı qocaman "Neftçi”ni gözdən salmağa, bihörmət etməyə davam edirlər.
Yazılacaq, deyiləcək sözlərin hamısını ilk gündən demişik. Çingiz Abdullayevli, Bəhram Bağırzadəli Müşahidə Şurası yarananda. Bu şuranın yaradılmasına gərək olmadığını, futboldan bixəbər insanların sabit yoluna davam edən, uğurlarının davamını gətirən bir klubu uçurama aparacaqlarını 2015-ci ilin aprel ayından deyirik. Amma kimlərsə bizim sözlərimizi "1 aprel zarafatı” kimi qəbul etdi.
Olan olub, keçən keçib… indi daha ağlamağın, yalvarmağın yeri yoxdu. Sadıq Sadıqovun vaxtında "Neftçi”yə qoçular yığışmışdı” deyənlər, "bakılı ziyalılar”ın "Neftçi”nin simasını "özünə qaytaracağını” düşünənlər Katalin Tiranın "Qarabağ”la oyundakı "qəhrəmanlığına” yaxşı-yaxşı baxsınlar. Buydumu sizin arzuladığınız "Neftçi”?
"Qəbələ”nin vurduğu 8 kötəkdən sonra gündəmi dəyişdirməyə çalışan Bəhram Bağırzadənin gecəylə yeni bəyanat yazacağını gözləyirdim. Onların tapdığı rumıniyalı qoçunun da günahını jurnalistlərin üzərinə atsın. Nə qəbahəti var ki? Onsuz da bu adamlar öz gözlərində TİR(anı)i görməyənlərdi.
Başlıqdakı şəklə diqqətlə baxın. "Ağ-qara ailə”nin üzvlərinin gününə adamın ağlamağı gəlir…
Amal ABUŞOV




Fikirlərini bizimlə bölüş!