Fərəcullayevin gördüyü işin içi

Cahangir Fərəcullayevin gördüyü işin içi — AFFA təhlili illüstrasiyası

Lixteynşteynin heyətində səhv etmirəmsə 3 peşəkar futbolçu var. Onlardan 2-si 35, biri 37 yaşındadı.

Digər futbolçular başqa işlərlə məşğul olur, məsələn poçtalyonluq edirlər, lotereya satırlar və s. Milli komandada oyunlara məzuniyyət götürüb gəlirlər.

Lixteynşteynin əhalisi Bakı Olimpiya Stadionunun azarkeş tutumundan təxminən 2 dəfə azdır.

Bu həvəskar komandanı uda bilməyən Azərbaycanın futboluna dövlət hər il onmilyonlarla manat vəsait ayırır.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev olandan sonra Azərbaycan futbolu inkişaf etmək əvəzinə daha da pis vəziyyətə düşdü. Tənəzzül göz qabağındadır.

Millətlər Liqasında ən zəif komandalarla belə bacarmırıq. Pley-off şansını hələ ilk oyunda səfərdə zəif Litvayla heç-heçədən sonra itirmişdik.

İndi də bütün qitədə rüsvay olduq.

Cahangir Fərəcullayevin gördüyü işin içini bilmək istəyirsinizsə, bugünkü oyuna baxmaq bəs edir.

Vəzifəyə gələndə “Sıfırdan başlayacağıq” demişdi.

Cahangir müəllimin gördüyü işin güzgüsü bugünkü sıfırlardı.

Fərəcullayevin gəlişindən sonra sıfırdan başlayıb mənfiyə getdik.

AFFA-da az çox işini bilən peşəkarları yola salıb, anlaşılmaz kadrlarını federasiyaya doldurdu.

Uşaq futbolunun inkişafı üçün heç bir iş görmədi.

İnfrastruktur baxımından heç bir irəliləyiş görmədik.

Sponsor hava-su kimi lazım olduğu bir vaxtda tək-tük sponsorları Azərbaycan futbolundan iyrəndirdi.

Hakim biabırçılıqları pik həddə çatdı.

Siyahını çox uzatmaq olar.

Amma təkcə bugünkü sıfırlar, bugünkü fiasko bu qədər dövlət dəstəyi olan bir sahəyə rəhbərlik edən Cahangir Fərəcullayevin istefa verməsi üçün çox yetərli səbəbdir.

İstefa zamanıdır, cənab Fərəcullayev!

Gecikmiş də olsa, gedin.

Bu cür vacib bir sahənin daha bərbad hala düşməməsini istəyirsinizsə, gedin.

Üzüsulu olmasa da…

FİFA Series turnirində qazandığınız kuboku da götürüb gedin…

Cahangir Fərəcullayevin gördüyü işin içi — AFFA təhlili illüstrasiyası

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!