,

Gəncəli azarkeşlər üsyan etdi

Adil Vəliyevlə Fərman Əlizadənin ortalığa çıxartdığı, artıq qapazltıya çevrilən “Kəpəz” Yevlaxda növbəti məğlubiyyətini aldı. Ötən həftə “Karvan-Yevlax”ın darmadağın (4:1) etdiyi Gəncə təmsilçisi bu dəfə “İmişli”yə uduzdu – 0:1.

Oyundan sonra gəncəli fanatlarla futbolçular arasında qalmaqal düşdü. Məşqçilər insidentin qarşısını almağa çalışsa da, klub rəhbərliyindən kimsə gözə dəymədi – Fərman Əlizadə kimi. Adam özündə cürət tapıb haqlı fanatların qarşısına çıxa bilmədi.

Yeri gəlmişkən, klub rəhbərliyi narazı azarkeşlərin etiraz səsi eşidilməsin deyə, stadionda əttökən musiqinin səsini ucaltmağa çalışdı. Amma fanatlar musiqini dayandırmağa nail oldular. Onların ən çox hədəfinə gələn isə qapıçı Yusif İmanov idi…




Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!