Sosial şəbəkələrdə 19 yaşadək qızlardan ibarət yığmanın üzvü Melis Sarıaltının paylaşdı-ğı fotolar aydın səmada şimşək effekti verdi. Xəbəri olmayanların nəzərinə çatdırım ki, millinin və "Bayer"in yarımmüdafiəçisi şənbə günü Düsseldorfda İŞİD terrorçularının Suriyada türklərin yaşadığı Kobaniyə hücumuna qarşı keçirilən etiraz aksiyasına qoşulub. Məhz həmin aksiyada əynində sinəsinə "Kurdistan" yazılmış köynək, əlində PKK terrorçula-rının lideri Abdulla Öcalanın şəkli və tanınmamış Kürdistanın bayrağıyla şəkillər çək-dirən Sarıaltın "feycbuk"da "Kobani yalqız deyil" yazmağı da unutmayıb.
Melisin hansı millətə mənsub olmasının önəmi yoxdu. Tanrı bütün insanlara eyni gözlə ba-xırsa, dünyaya gələn körpə öz taleyini yazmırsa, kimisə qınamağa dəyməz. Ancaq AFFA-nın "milliləşdirdiyi" futbolçunun dünyada terrorun atalarından sayılan Öcalanın şəklini bağrına basması yetərincə ciddi məsələdi. Bəli, Azərbaycan yığmasının üzvü terrorun və qatı cinayətkarın dəstəkçisidi. Melis sadə kürd qızı yox, PKK-ya könül vermiş biridi. O nümayən-dəsi olduğu millətin doğma ev-eşiyindən İŞİD tərəfindən didərgin salınmasına, radikal dini qruplaşmanın şiə məzhəbli kürdlərə divan tutmasına təəssüfünü başqa şəkildə bildirə bilərdi. PKK-nın liderinin şəkli və Kürdüstan bayrağıyla nümayiş isə vəziyyəti qəlizləşdi-rir…
Azərbaycan erməni terrorunun acısını dadmış ölkədi. Ölkənin idman şərəfini cahanın in-diyədək gördüyü ən qatı cinayətkarlardan birini özünə milli lider sayan adamın qoruması, sadəcə, rüsvayçılıqdı. Ölkənin rəsmən terror təşkilatı kimi tanıdığı PKK-ya canıyananlıq edən xanımın millimizdə nə işi var? Bu hərəkətiylə dövlətin siyasətinə qarşı çıxan futbol-çuya milli formanı geydirənlər PKK-çı xanımı hansı haqla "milliləşdirib?"
Təbii, lazımsız qızlardan ibarət yığmaların bu məmləkətdə inkişaf perspektivi yoxdu. Yerli xanımların futbolu özünə peşə seçməsinə mentallıq imkan vermir və verməyəcək. Tək-tük ailə-lər qızının futbolçu olmasına razılaşar ki, belələri də barmaqla sayılacaq qədərdi. Kütləvi maraq yoxdusa, yerlilərin hesabına dirçəlişə inanmaq üçün sadəlövh olmalısan. Kor tutduğu-nu buraxmadığı kimi, Elxan Məmmədovun vəzirlik etdiyi qurum da inadından dönmür. Azərbay-cana yaxından-uzaqdan bağlılığı olmayanları "milliləşdirməklə" mübariz kollektiv qurmaq istəyənlər istənilən halda, arzusuna çatmayacaq. Qadın futboluna ayrılan pulları fərqli isti-qamətə yönəltmək, ciddi planlar qurmaq lazımdı.
Konkret Sarıaltının kimliyinin üzə çıxmasına gəlincə, burda AFFA məmurlarının günahı daha çoxdu. Assosiasiyada Azərbaycan pasportu alanların kimliyi öncədən araşdırılmırsa, milli forma PKK liderinin qatı tərəfdarına verilirsə, sabah başqa yığma oyunçusu U-19-da qol vurandan sonra (hərçənd AFFA-nın U-19-u nadir hallarda rəqib qapısına yol tapmaq şərəfi-nə nail olur) üst geyimini çıxarsa, sinəsindəki "QARABAĞ ERMƏNİSTANINDI" yazısını hamı görsə, şəxsən təəccüblənməyəcəm. Şübhəsiz, əqidəsi bəlli Sarıaltın nümayişdə gəzdirdiyi şəkli şərəfini qoruduğu yığmanın hansısa rəsmi matçında da başı üzərinə qaldıra bilərdi. Bax, onda üzərinə düşən işi məsuliyyətlə icra etməyənlərin işi fırıq olardı…
Melis yığmadan dərhal qovulmalı və başqa "mənşəyi bilinməyən məhsullar" saf-çürük olunmalıdı. Yığmanın formasını hər yoldan ötənə geydirmək gec-tez daha ciddi problemlər ya-radacaq. 3 il əvvəldən millidə oynayan, vaxtilə U-17-nin şərəfini qorumuş xanımın atdığı ad-dım AFFA üçün SOS siqnalıdı.
Nihat AĞSOY




Fikirlərini bizimlə bölüş!