Azərbaycan futbolu: xəbərlər və təhlillər
AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.
Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.
-
“Kappa”ya əlavə pul verib “custom” sifariş etməyin mənası nədir?
“Neftçi”nin yeni formaları müzakirə yaradır Forma fanatı kimi “Neftçi”nin yeni təqdim edilən formalarına subyektiv şərhimi verməsəm olmaz. Yeni formalar heç xoşuma gəlmədi. Adi çubuqlu sadə formadır. Ümumiyyətlə, bu yeni emblemə onsuz da isinməmişəm. Ona görə də hələ ki, özümü yeni emblemli məhsul almamaq üçün saxlayıram. Bəlkə nə vaxtsa yenidən əvvəlki emblemə qayıdarıq. Nəysə, keçək yeni…
-
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
“Kəpəz”in baş məşqçi postu üçün bir neçə namizədin olduğu əvvəldən bəlli idi. Söhbət Arif Əsədov, Sənan Qurbanov və Azər Məmmədovdan gedir. Bəllidi ki, Gəncə təmsilçisi sonda sabiq çalışdırıcısı Azər bəylə ortaq məxrəcə gəldi. Maraqlıdı, bəs başqalarıyla anlaşmanın baş tutmamasının səbəbi nədi? Sənan bəy bu məsələdə qarşı tərəfə nə “hə”, nə də”yox” cavabını demişdi. Zaman istəmişdi…
-
“Qarabağ”dan transfer dərsi: Həm milyonlar qazanır, həm də güclənir
“Qarabağ” indidən yay transfer pəncərəsinin ən fəal klubu adına sahib çıxıb. Üstəlik, Ağdam təmsilçisinin fəaliyyəti təkcə transferlərin sayı ilə deyil, onların keyfiyyəti və klubun qazandığı gəlirlə də diqqət çəkir. Ukrayna mətbuatının yaydığı məlumata görə, “Polesye” Leandro Andrade üçün “Qarabağ”a 3 milyon avro təzminat ödəyib. Bu transfer az öncə rəsmi təsdiqini tapdı. İddialar doğrudursa, bunu Azərbaycan…
-
“Neftçi” 2025/26 mövsümünün ən intizamsız klubudur
Premyer Liqanın və Azərbaycan Kubokunun oyunlarından sonra keçirilən İntizam Komitəsinin iclaslarında klublar intizamsızlığa görə cərimələnir. Ötən mövsümün ən intizamsız klublarının siyahısında isə lider “Neftçi”dir. “Ağ-qaralar” 167000 manat ziyana düşüb. “Neftçi”nin cəriməsinin təxminən 70 faizi – nə az, nə çox 115500 manatı tərəfdarlarına görə olub. Rəşad Sadıqovun intizamı komandasına da yansıyıb. “Zirə” ötən mövsüm cəmi 12100…
-
Odur, özüdür ki var, Mixaylodur! – gecə lövhəsi
Düşüncəlidi, sərt baxışlarını hansısa nöqtəyə zilləyib, ya Qurban Qurbanovun taktiki mülahizələrini dinləyir, ya da indi hansısa komanda yoldaşı ilə mübarizəyə girişəcək. “Qarabağ” Avstriya toplanışı geniş işıqlandırır; maşallah, hər gün klubun sosial şəbəkə hesablarında fotolar və videolar yer alır. Kim nə deyir-desin, “Sabah”ın ilk çempionluğu ağdamlılar üçün “soyuq duş” təsiri bağışladı, onları silkələnməyə, hegemonluğu bərpa etməyin…
-
Dünya çempionatındakı bütün soydaşlarımız
Azərbaycanlılar Türkiyəni qələbəyə daşıdı XXIII Dünya Çempionatını ənənəvi olaraq bizim azarkeşlər də böyük həvəslə izləyir. Baxmayaraq ki, millimiz heç vaxt bu turnirə qatılmayıb və hazırkı şəraitdə qatılması xəyal görünür, FİFA-nın təşkil etdiyi ən mötəbər futbol yarışının bizi özünə bağlayan başqa məqamları var. İlk dəfə Azərbaycan çempionatından bir legionerin mundialda çıxışını izləyə bilərik. “Turan Tovuz”un futbolçusu,…
-
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Kəpəz”in yeni baş məşqçisinin Azər Məmmədov olduğunu xəbər vermişik. Gəncə təmsilçisi əvvəllər də burda çalışan mütəxəssislə birillik müqaviləyə qol çəkib. Amma əksər azarkeşlər bu təyinatı xoş qarşılamayıb. Klubun sosial şəbəkə hesablarında bununla bağlı edilən paylaşım tərəfdarları qəzəbləndirib. Bir çoxu təyinatı lağa qoyub. Paylaşıma qəzəb və gülüş işarələri atıblar. Azarkeşlərin fikrincə, daha əvvəl uğursuz olan baş…
-
“Turan”ın avrokubok taleyi: İkili standartlar və cavabsız qalan sual…
“Turan”ın avrokuboklara buraxılmamağı ətrafında baş verən proseslər ciddi şübhələr doğurur. Bizdə olan məlumatlara görə, Tovuz təmsilçisinin avrokuboklara vəsiqə qazandığı mayın 10-dan sonra – konkret olaraq, mayın 15-20-si aralığında klubun əleyhinə UEFA-ya müraciət ünvanlanıb. Görünür, komandanın meydandakı uğuru bəzi dairələri narahat edib və onlar “Turan”a meydandan kənar yollarla mane olmağa çalışıblar. Keçmişin kölgəsi, yoxsa qərəzli yanaşma?…
-
Kamran Eyyubovun zənginləşən diplom kolleksiyası
“İmişli”nin prezidenti Kamran Eyyubov başa çatan futbol ilində ekstravaqant addımı ilə seçildi. Eyyubov məşqçi olmaq fikrinə düşüb istəyini reallaşdırdı da. AFFA-nın təşkil etdiyi müvafiq kursa qatılan klub rəsmisi “C” kateqoriyalı lisenziyaya sahibləndi. Bunu “missiya tamamlandı” deyib ictimaiyyətlə bölüşdü. Bura kimi hər şey bəlkə də əladı. Amma… əmması odur ki, bilə bilmirik Eyyubov hansı məqsədlə diplomu…
-
“Qarabağ”da “qan dəyişikliyi” başladı – Transferlərə böyük büdcə ayrıldı
“Qarabağ” bu yay transfer bazarında fəallığı ilə fərqlənir. Transfer pəncərəsi açılar-açılmaz Ağdam təmsilçisi heyətinə artıq 5 legioner cəlb edib. Amma baş məşqçi Qurban Qurbanov yerli gənclərimizi diqqətdən kənarda qoymayıb. Bu haqda yazının sonunda ayrıca qeydim olacaq. Hələlik alınan oyunçular və onlar üçün ödənilən real məbləğ haqda: 1. Zakaria Savo, 26 yaşlı qambiyalı mərkəz hücumçusu. 2.…
-
AFFA-nın açıqlamasındakı iki detal – Pullar kimindir?
Məlum olduğu kimi, Azərbaycan futbolunda ilk dəfə yeni təşviq mexanizmi tətbiq olunub və bu çərçivədə klublara ödənişlər edilib. Ödənişlərin həyata keçirilməsi ilə bağlı məlumatı ilk olaraq Peşəkar Futbol Liqası yayıb. Məlumatda qeyd olunub ki, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu klublar arasında…
-
Eyni dairənin içində fırlanan “Kəpəz”
“Kəpəz” növbəti mövsüm üçün baş məşqçi seçimini etdi. Gəncə təmsilçisi komandanın “sükanı”nı yenidən Azər Məmmədova həvalə etdi. Beləliklə, klub son illərdə adət halını almış ssenarini növbəti dəfə təkrarladı: gedən məşqçinin yerinə vaxtilə həmin postda çalışmış başqa bir mütəxəssis gətirildi. Əslində, problem Azər Məmmədovun təyinatında deyil. Problem ondadır ki, “Kəpəz” illərdir eyni dairənin içində fırlanır. Klubda…
-
“Kəpəz”in maaş dərdi
“Sponsorlu” “Kəpəz“də maliyyə problemi davam edir. Klub rəhbərliyi may ayının məvaciblərini ödəyə bilmir. Texniki işçilərdən tutmuş, akademiyanın məşqçiləri, inzibati heyət, əsas komandanın üzvlərinə kimi hamıya klubun borcu var. İdarə Heyətinin üzvü Fərman Əlizadə və icraçı direktor Ruslan Məmmədov hər dəfə yeni rəhbərliyi bəhanə edərək əməkdaşları yola verirlər. Bildirilir ki, maaşla bağlı sənədlərə yeni sədr Anar…
-
“Kəpəz”in həyat devizi
Azər Məmmədov “Kəpəz”in baş məşqçisi təyin olunub. Bununla da Azər bəy 2023-cü ilin noyabrında tərk etdiyi posta yenidən qayıdıb. Bu qayıdışla bağlı sosial şəbəkələrdə əməlli-başlı zarafatlar yazılır, hərə bacardığı formada yumor hissini ortaya qoyur. Mənim rastıma çıxanlardan ən maraqlılarımdan birinin müəllifi fotoqraf Bəkir Osmanlı olub. Dostumuz öz şəhrində belə yazır: “Kəpəz” stadionuna “futbolumuzun Məkkəsi” deyirlər.…
-
Arzular və istəklər reallıqla üst-üstə düşməyəndə
“Qarabağ” dünən Avstriyanın Tirol bölgəsinə hazırlıq üçün yola düşdü. “Köhlən atlar” orda həm yeni avrokubok mövsümünə hazırlaşacaq, həm də Premyer Liqaya. Geridə qoyduğumuz mövsümdə çempionluğu əldən verən, “Sabah”ı özündən irəli buraxan “köhlən atlar”ı irəlidə çox ağır və məsuliyyətli dövr gözləyir. Klub rəhbərliyi də bunun fərqindədir. Heç də təsadüfi deyil ki, transfer bazarında da fəallıq başlayıb,…
-
Azər Məmmədovun köməkçiləri müəyyənləşdi – EKSKLÜZİV
“Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədovun məşqçilər korpusuna daxil olacaq mütəxəssislər müəyyənləşmək üzrədir. Məmmədovun əsas köməkçisi yaxın dostu və silahdaşı hesab edilən Etibar İbrahimov olacaq. Azər bəyin formalaşdıracağı korpusa qardaşı oğlu Fərid Məmmədov da daxildir. Həmçinin, Şahin Diniyevin oğlu Kərim Diniyev də məşqçilər heyətində yer alacaq.
-
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu…
Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı! Yenə “Kəpəz”lə bağlı qeyri-müəyyən durum yaranıb. İlin, demək olar, hər günü problemlər məngənəsində boğulan Gəncə təmsilçisinin indi faktiki nə rəhbəri var, nə də baş məşqçisi. Əslində həmin vəzifələrin kimlərə həvalə olunacağına böyük ölçüdə aydınlıq gəlib. Daha əvvəl də xəbər verdiyimiz kimi, klubun yeni sədri Anar Abdullayev, baş məşqçisi…
-
İşçiləri Ehtiram Quliyevi azı 100 min ziyana saldı…
UEFA Konfrans Liqasında iştirak etməyəcəyi dəqiqləşən “Turan Tovuz”un Türkiyədə bir ay nəzərdə tutulan təlim-məşq toplanışı cəmi 4 gün çəkib. Tovuz təmsilçisi Ankaranı tərk edərək artıq vətənə qayıdıb. Bu isə komandanın maddi olaraq əlavə ziyana düşməsi deməkdir. Təxmini hesablamalara görə, klubun 14 iyuladək Qızılcahamam bölgəsində nəzərdə tutulan təlim-məşq toplanışını yarımçıq başa vurması komandanın azı 100 min…
-
“Kəpəz”də xaosa fərman verildi
İdarəetmənin itirilməsi istənilən sistemdə böhranın əsas əlamətidir. Bu halda vəziyyəti düzəltməkdənsə xaosa keçid müəyyən qüvvələrə əvvəlcə vaxt qazandırır. Sonra da digər əlavə üstünlüklər verir. Baxın, hazırda “Kəpəz”də durum budur! Klubun İdarə Heyəti yenilənir, rəhbərlik dəyişir. Amma son bir ildə komandaya heç nə verə bilməyən insanlar əvəzlənməyi qəbul etmirlər. Oturduqları yerdən bərk yapışıblar, yeni gələnlərə mane…
-
Samir Abasovdan türk düşmənçiliyi! “Neftçi”dən üzüsulu getməyən məşqçi yenə ağzına gələni danışdı…
Samir Abasovun açıqlamaları və onlara redaksiya münasibəti — video.

