AZFUTBOL bannerı

Azərbaycan futbolu: xəbərlər və təhlillər

AZFUTBOL-un Azərbaycan futbolu haqqında son xəbərləri, müəllif yazıları və təhlilləri. Premyer Liqa, milli komanda, klublar və futbol idarəçiliyi üzrə materialları bu arxivdən oxuya bilərsiniz.

Mövzular üzrə: Gəncə futbolu · AFFA və futbol idarəçiliyi.

  • Niyə Özbəkistan Dünya Çempionatında oynayır, Azərbaycan yox?!

    Özbəkistan və Azərbaycan milli komandalarının Dünya Çempionatına gedən yolu haqqında video şərh.

  • “Turan Tovuz” məsələsində kim günahkar oldu?

    Nəhayət, CAS-ın “Turan Tovuz” barədə qərarı açıqlandı. Hamı sakitləşdi. Günahkar ovuna çıxanlar da… Ümumiyyətlə, “günah keçisi” axtaranlar bu müddətdə çox oldu. Tovuz camiəsinə yaxın olanların günahkar axtarışında olarkən bu mövzuda atmacaları təxminən bu cür idi: “Allah bunu edənin bəlasını versin”. Ancaq heç kim məsələnin bu yerə gəlib çıxmasında kimin barmağının olduğunu aşkar formada deyə bilmirdi…

  • Aldanmış Kəvakib

    “Turan-Tovuz” haqqında UEFA-nın çoxdan məlum olan hökmü axır ki, birdəfəlik səsləndi. “Turan-Tovuz” Avropa klub yarışlarına buraxılmayacaq. Onun əvəzinə Konfrans Liqasında “Zirə” çıxış edəcək. Bu da taleyin başqa bir oyunudur. Vaxtilə “Turan-Tovuz”un rəhbəri Ehtiram Quliyevin emosiyalarını cilovlaya bilməyərək dini məzhəb mənsubiyyətinə eyham vuranda heç ağlına da gəlməzdi ki, çərxi-fələk ona belə bir sürpriz hazırlayıb. Günahkar isə…

  • Adi yay, qeyri-adi qeyri-müəyyənlik

    İyunun 11-də böyük futbol bayramı başladı. Dünya çempionatının həcmini, formatını elə şişirdiblər ki, adam nə qədər çalışsa da, bütün əsas hadisələri canlı, anındaca izləyə bilməyəcək. Onsuz da eyni gündə bir neçə oyun keçiriləndə istər-istəməz seçim edirsən, günün ən maraqlı oyununa baxmaq istəyirsən. Hələ mən zaman fərqinin yaratdığı narahatlığı demirəm. Adam yaşa olduqca imkanları ilə reallıqlar…

  • Tarixin sınağından çıxmayan dünya çempionatı

    Meksikadan gələn dalğa artıq o deyil O gündən keçmiş idman yazarı kimi dünya çempionatından yazmaq istəyirəm ərinirəm. İlk öncə onu qeyd edim ki, istənilən turnirin iki və ya 3 ölkədə keçirilməsi bir çox məsələlər baxımından absurd bir şeydir. Xüsusilə təhlükəsizlik məsələləri baxımından. İlk xatırladığım dünya çempionatı 40 il öncə Meksikada keçirilirdi. Onda 6 yaşım vardı.…

  • “Kəpəz”lə oynamaq odla oynamaq kimidir

    Azərbaycan futbolunun tarixində xüsusi yeri olan, on minlərlə azarkeşin sevgisini qazanan “Kəpəz” Peşəkar Futbol Klubu bu gün yenidən ciddi problemlərlə üz-üzə qalıb. Təəssüf doğuran haldır ki, son illərdə klubun inkişafı, gələcəyi və nüfuzu ətrafında aparılmalı olan işlərin yerini qeyri-müəyyənlik, idarəetmədə xaos və bitib-tükənməyən narazılıqlar tutub. Uzun illər sponsor problemi yaşayan klub üçün iş adamı Namiq…

  • Aldanmış başqan…

    Yaxın günlərdə İdman Arbitraj Məhkəməsi “Turan Tovuz”la bağlı yekun qərarı verəcək. CAS böyük ehtimalla UEFA-nın qəbul etdiyi qərarı qüvvədə saxlayaraq, Tovuz təmsilçisini avrokuboklara buraxmayacaq. Baxmayaraq ki, “Sumqayıt”ın təşəbbüsü ilə “Zirə” də daxil olmaqla CAS-a qərarın dəyişilməsi üçün 11 klub tərəfindən müraciət olunub. Amma bu, yenə də qərara heç bir təsir göstərməyəcək. Çünki ortada 2019-cu ildə…

  • Futbolda hamı böyüdü, tək bizdən başqa – Səfər qeydləri

    Azərbaycan millisinin Avstriya toplanışı tam məyusedici olmasa da, heç pozitiv ab-havada da bitmədi. Səbəb bəllidir: Maltaya məğlubiyyət (0:2), San-Marino üzərində çətin qələbə (2:1). Milli komandamız Macarıstanın Sombathey adlı balaca və mənə görə darıxdırıcı şəhərinin stadionundakı hər iki matça böyük Üzeyir bəyin “Koroğlu” uvertürasının sədası altında çıxmışdı. Məlum, bu nəhəng, hər eşidəndə tükləri biz-biz edən əsərin…

  • Qorxan gözə çöpün düşməsi

    “Hansı duyğularla iki saat sən, dolandın başına anamız yerin?” (Bəxtiyar Vahabzadə) Rəhmətlik şairimiz Bəxtiyar Vahabzadə kosmosa uçmağı ilk dəfə bacaran Yuri Qaqarinə “İki saat” adalanan şeir həsr etmişdi. Bu misralar da həmin sənət əsərindəndir. Şairimiz Qaqarinin Yer kürəsinin başına dolandığını müddəti nəzərdə tutub, keçirdiyi hissləri çək-çevir edir. Sözsüz ki, bütün bədii əsərlərdə olduğu kimi, burda…

  • Futbol şöləni başlayır!

    Təsəllimiz Türkiyə və Özbəkistandı Bu gün növbəti dünya çempionatı start götürür. FİFA-nın ən mötəbər yarışına Amerika, Kanada və Meksika birgə ev sahibliyi edir. Tarixdə ilk dəfə iştirakçı sayı bu qədər çoxdur – final mərhələsinə 48 ölkə vəsiqə qazanıb. Çempionluq qarşılaşması iyulun 19-da Nyu-Yorkda baş tutacaq. Təəssüf ki, yarışın iştirakçı sayı artırılsa da, Azərbaycan millisini nə…

  • “Kəpəz” yeni rəhbəri müəyyənləşdi – EKSKLÜZİV

    Son futbol ilində “Kəpəz”də özünü doğrultmayan İdarə Heyətinin sədri Adil Vəliyevin yola salınmasından sonra klubda eyni vəzifəni tutacaq şəxsin adına aydınlıq gəlib. Bu, Anar Abdullayev olacaq. Abdullayevin təyinatının rəsmiləşməsi güman ki, bu həftə reallaşacaq. Bununla da “Kəpəz”də gözləniləni həyata keçirə bilməyən hazırkı rəhbərliyin yola salınmasına start veriləcək. Klub rəsmiləri arasında ön cərgədə duran İdarə Heyətinin…

  • Cılızlaşan milli

    Rəhman Daşdəmirovun Şahruddinin başından öpüb heç də təhlükəli olmayan zərbə zamanı topu tutduğuna görə təbrik etməsi yüz faiz “premya” eşqidir. Nədir də bu? Sən dülgəri, avtobus şoferin 2:1 zorla udduğuna görə bunu edirsən? Sevinirsən? Nəyinə? San Marini oyunun ikinci hissəsini bizimlə bir nömrə oynadı. Bunu düşünəndə utanmaq əvəzinə bu cür hərəkət eləməyi özünə necə sığışdırırsan?…

  • Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?

    Tovuz tam 32 illik aradan sonra avrokuboklarda təmsil olunmağı çox, lap çox istəyirdi, bunun üçün hər cür hazırlıq görmüşdü, hətta komanda mövsümdəki son ev oyununu da Sumqayıtda keçirdi ki, stadion UEFA-nın tələblərinə vaxtında uyğunlaşdırılsın. Amma olmadı, alınmadı, bu gün üçün mənzərə belədi ki, Azərbaycanı Konfrans Liqasında “Turan Tovuz” yox, “Zirə” təmsil edəcək. Bütün bu tarixçənin…

  • aSan-marino qələbəsi…

    Ayın 4-də yazdığım ilk təəssürratımı “9 min tutumluq “Haladaş” stadionundan uğurlu nəticələr, xoş xəbərlər çatdırmaq diləyilə…” cümləsi ilə bitirmişdim. 5 gün ərzində heç nə yazmadım. Təəssüratım yox idi? Əksinə, çox idi! Məskunlaşdığımız Macarıstanın Bük qəsəbəsi, Şopron, Sombathe şəhərləri, milli komandanın düşərgə saldığı Avstriyanın Bad Valtersdorf kurort şəhərciyi, paytaxt Vyana, ikinci ən böyük şəhər Qraz… Bu…

  • Ayxan Abbasovun haqsızlıq etdiyi futbolçu

    Millidə ən çox haqsızlıq edilən futbolçulardan biridir Zamiq Əliyev. İkiqat Albaniya çempionu olması, Çempionlar Liqasında iştirakı, ölkə xaricində 2 il duruş gətirməsi və s. faktlar kifayətdir ki, onun Bədəvi Hüseynov və ya Elvin Bədəlovdan üstün olduğunu göstərsin. Mənim üçün Almaniyada oynamayan Mahir Emreli, Türkiyə I Liqasına gedən Toral Bayramov (halbuki ora getdiyinə görə özüm də…

  • Baş məşqçi karuselini idarə edən qüvvə: AFFA pəncərəsindən görünürmü?

    AFFA-nın hazırkı inzibati binasının olduğu ərazidə əvvəllər “Luna Park” adlı məkan fəaliyyət göstərirdi. Əyləncəli idi, hamı ailəvi istirahətə gələrdi. Həmin park artıq yoxdur, amma karuselləri yerindədir. Karusellərdə isə uşaqlar yox, məşqçilər əyləşib-əylənirlər. Heç vaxt oranı tərk etmirlər, uzağı, bir oturacaqdan digərinə keçirlər.Bəs AFFA-nın pəncərəsindən, baş katib Cahangir Fərəcullayevin və Məşqçilər Komitəsinin baxış prizmasından bu karusel…

  • AFFA-nın absız havası və Ayxan Abbasovun söz-əməl təzadı

    Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mayın 29-da verdiyi müsahibədə komanda daxilindəki mühitlə bağlı kifayət qədər iddialı fikirlər səsləndirmişdi. – Bəs millinin düşərgəsində Cəfərquliyevlə bağlı bənzər olaylar olubmu? – Heç vaxt! Təkcə Elvinlə bağlı yox. Milli komanda hər bir futbolçunun arzuladığı yerdir və orada heç bir futbolçuya elə bir imkan verilməz. Bizim vaxtımızda bu cür…

  • Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar

    “Neftçi” PFK-nın sabiq prezidenti, “Neftçi” İK-nın İdarə Heyətinin sabiq sədr müavini və Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqovun ölümü ilə bağlı yeni məlumatlar yayılıb. 60 yaşlı Sadıq Sadıqovun özünə qəsd etdiyi iddia olunur. Bildirilir ki, son dövrlər onun həm peşəkar fəaliyyətində yaşanan proseslər, həm də şəxsi nüfuzuna təsir edən hadisələr psixoloji durumuna mənfi təsir…

  • “Şəfa”da “Ölülər”in yeni mövsümü

    Azərbaycan futbolunda o qədər maraqlı proseslər baş verir ki, münasibət bildirməsən olmur. Elgiz Kərəmli ilə bağlı yaşanan son hadisələr, Cəlil Məmmədquluzadənin ölməz “Ölülər” əsərindəki məşhur yığıncaqları xatırladır. Görünür, Şeyx Nəsrullahlar heç vaxt meydandan çəkilmir, sadəcə, dövrə uyğun qiyafələrini və rollarını dəyişirlər. Elgiz Kərəmlini şəxsən tanımıram, lakin onun “Şəfa”nı I Liqada çempion edərək elitaya çıxarması, futbol…

  • 130 milyonluq şok:

    Gəncə stadionunun büdcəsi niyə Avropa standartlarından ikiqat bahadır? Gəncə şəhər stadionunun yenidən qurulması layihəsi bölgənin idman infrastrukturunu yeniləmək adına başladılan ən iddialı təşəbbüslərdən biridi. Ölkənini ikinci böyük şəhərinin və konkret olaraq, yerli “Kəpəz”in nəhayət bu cür müasir arenaya qovuşması bizləri sevindirməyə bilməz. Amma 9 aprel 2024-cü ildə təməli qoyulan bu layihənin maliyyə arxitekturası və icra…