Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Niyə məhz “Qarabağ”?

Premyer-liqada mübarizənin başa çatmasına 2 tur qalmış “İnter”i 4:1 hesabıyla darmadağın edən “Qarabağ”ın çempion olması futbol ictimaiyyətini təəccübləndirmədi. 20 ildən artıq sürən həsrətə, nəhayət, son qoyan ağdamlıların finişə hamıdan öncə çatacağına şübhə edən az idi. Bölgə komandasını yeni inkişaf mərhələsinə çatdıran Qurban Qurbanovun çempion adını rəsmiləşdirərkən göz yaşlarını saxlaya bilməməsi çox şeydən xəbər verdi. Bəs görəsən, qızıl medallara sahib çıxan ifaçılar uğurun səbəbini nədə görür?

Vüqar Nadirov: “Yayda heyətə bir neçə səviyyəli legioner cəlb olundu. Ehtiyat oyunçular skam-yası, belə desək, genişləndirildi. Demək olar, hər mövqedə rəqabət yaradıldı. Əcnəbilərlə yerlilər arasındakı mehribanlıq və qarşılıqlı anlaşma meydanda qazanılan qələbələrə səbəb oldu. Bu mövsüm çempionluğun vacibliyini anlayırdıq. Yarışı hamıdan öndə tamamlamağın vaxtı çatmışdı. Başa düşürdük ki, şansımızı qaçırmamalıyıq. İstək həlledici məsələdi. İs-tək, inam, heyət varsa, baş məşqçinin hədəfə doğru hansı həvəslə addımladığını görürsənsə, uğur qazanmaq problemə çevrilmir. Məqsədimizə addım-addım yaxınlaşdıq”.

Maksim Medvedev: “Səbəbi mehribanlıqda və kollektiv gücdə görürəm. Uğurda hamının payı var. Hər il zirvəyə can atsaq da, komanda “relsdən çıxır”, nəzərdə tutulandan artıq sayda xallar itirirdik. Bu mövsüm sabitliyi qorumağı bacardıq. Eyni zamanda yaradılan qol vəziyyətlərin-dən istifadəni də yaxşılaşdırmağı bacardıq. Gördüyünüz kimi, qazandığımız böyükhesablı qələbələrin sayı çoxdu. Hə, fərqlənə bilmədiyimiz matçlar da olub. Amma ümumilikdə kollektiv oyun nəticəsində məhsuldarlığı artırdıq və bu çempionluqla nəticələndi”.

Qara Qarayev: “Bu mövsüm hamıdan istəkliydik. Məncə, “Qarabağ” hələ avqustda çempionluğa ye-rikləmiş komanda olduğunu ortaya qoymuşdu. Burda oynayandan daxili ab-havanı, mehribanlığı hiss etmişəm. Bizdə heç vaxt gəlmələrlə yerlilərə ayrıseçkilik qoyulmayıb. Meydana yalnız ən yaxşı formada olanlar çıxıb. Əsas odu ki, oynamayanlar da əlavə söz-söhbət yaratmayıb. Kol-lektiv uğur ön plana çəkildi, fərdi arzular heç kimin yadına düşmədi. Məncə, sonda qələbə qa-zanmağımızın səbəbi elə budu. Qurban Qurbanovun “İnter”lə oyunun final fitindən sonra göz yaşlarını saxlaya bilməməsini görüncə qürur duydum. Bəli, biz futbolçular baş məşqçimizə be-lə anlar yaşatdığımız üçün şadıq”.

Fərhad Vəliyev: “Bu işdə Qurban Qurbanovun zəhməti hamıdan çox olub. Neçə ildi çalışır, yax-şı kollektiv formalaşdırıb. Hər komandanın arzuladığı ab-havanı yaratmaq asan məsələ de-yil. Məsələn, mən ehtiyatda qaldığım matçlarda niyə oynamadığımı düşünməmişəm. Bilirəm ki, baş məşqçi uyğun saydığı futbolçuya qələbə naminə ilk “11-lik”də yer verir. “Qarabağ” ailə-di. Bunu sözgəlişi demirəm. Bizim üçün əsas məqsəd komandanı uğurlara daşımaq olub”.

Namiq Yusifov: “Özümüzə inanırdıq. Bilirdik ki, yersiz xal itkilərindən qaçmaqla bütün rəqib-lərimizi üstələməliyik. Belə desək, planlarımızla real gücümüz üst-üstə düşürdü. “Qarabağ” hə-mişə özünəməxsus oyunuyla seçilib. Üslub dəyişməmişdi. Həmişəki kimi texnikalı futbola, qısa ötürmələrə bel bağlayırdıq. Komandaya qoşulan yeni futbolçuların vaxtında uyğunlaşması işə yaradı. Yerlilər kimi, əcnəbilərin də meydanda bütün gücüylə mübarizə aparması bəhrəsi-ni verdi. Təbii ki, baş məşqçimiz bu sevinci yaşamağa layiq idi”.

Fikirlərini bizimlə bölüş!