Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Ölkə çempionatı son 5 ildə: bəzəkdən təzəyə

Ölkə çempionatının səviyyəsi düşüb. Bu, danılmaz faktdı. Azarkeş sayının buna uyğun azalmamasının yeganə səbəbi “Kəpəz”in Premyer Liqada oynamasıdı. Maraqlıdı ki, çempionatın səviyyəsinin aşağı düşməsiylə yanaşı, komandaların məhsuldarlığı da göz oxşamır. Doğrudu, çempionat hələ başa çatmayıb, qarşıda 11 tur var. Amma “yeməklə doymayan, yalamaqla doymaz”. 25 turda hansı məhsuldarlığı göstəriblər ki, bundan sonrası barədə nikbin düşünək?!

Arxada qalan 25 tur ərzində Azərbaycan Premyer Liqasının iştirakçılarının orta məhsuldarlığı heç 1 top da təşkil etməyib. Oyunlarda vurulan qolların orta məhsuldarlığı isə 1,95-di. Maraqlıdı, bəs XXI əsrdə baş tutan ölkə çempionatlarında analoji hal çoxmu yaşanıb? Tarixə ekskurs etdikdə, məlum oldu ki, builki göstərici ən uğursuz məhsuldarlıqlar arsında 3-cüdü. Ən aşağı məhsuldarlıq 2010-2011 mövsümündə qeydə alınıb. – 1,57. 2006-2007 mövsümündə isə bu göstərici 1,71 olub.

Ən acınacaqlısı budu ki, son 5 mövsümün ən az qol vurulan çempionatına 2015-2016 mövsümündə şahidlik edirik. Futbol bəzəyi qoldu. Bəzəksiz futbol çempionatımızın başa çatmasına isə 11 tur qalır…

2015-2016 – 1,95
2014-2015 – 2,46
2013-2014 – 2,31
2012-2013 – 2,43
2011-2012 – 2,33
2010-2011 – 1,57
2009-2010 – 2,28
2008-2009 – 2,43
2007-2008 – 2,4
2006-2007 – 1,71
2005-2006 – 2,32
2004-2005 – 2,41
2003-2004 – 2,92
2001-2002 – 3,07

qeyd: 2002-2003 mövsümü yarımçıq dayandırıldığı üçün nəticələr qeydə alınmayıb.

Ceyhun ƏLİYEV

Fikirlərini bizimlə bölüş!