Azərbaycan futbolu

Xəbərlər və təhlillər

«Pampers»iniz varmı?

İsmət Qayıbov adına balaca stadionun tribunaları arasına salınan «böyük oyun»u əhli-Azərbaycan görmədi.

Azərbaycan əhlinin AFFA ilə PFL-in keçirdiyi çempionatda görmək istədiyi, adam arasına çıxarıla biləcək yeganə oyundu «Neftçi»ylə «Xəzər Lənkəran» arasında keçirilən oyunlar.
Görmədilər.
Görmədim.
«Neftçi» dedi günah məndə deyil.
«İdman Azərbaycan» «bizlik deyil» dedi.
AFFA və PFL…
Yeri gəlib, yazıram: idman mətbuatının gözündə Elxan Məmmədov həmişə «xoxan», Ramin Musayev «çiçi» obrazında olub.
Niyə?
Ona görə ki, baş katib qərarları təkbaşına verir, PFL prezidenti buyruq quludu?
Ona görə ki, Ramin Musayev Elxan Məmmədovla müqayisədə Rövnəq Abdullayevin kölgəsində yatır?
Mənim üçün «böyük oyun»un göstərilməsi üçün sözü keçməyən, ya da buna səy göstərməyən PFL prezidentiylə məhləmizdəki tuman-köynək satan Qulamın heç bir fərqi yoxdu.
Enində-sonunda ikisinin də «böyük oyun»un göstərilməsi baxımından dəxli 0-dı!
Bilmirəm, bəlkə də «böyük oyun»un bilərəkdən təcavüzə uğraması, kiçik oyuna çevrilməsi cəhdlərinin arxasında böyük güclər dayanır.
Bəlkə doğrudan da «böyük oyun»un futboldan daha çox başqa mətləblərə dəxli var.
Bilmirəm…
Ancaq bildiyim budu ki, hər dəfə «böyük oyun» söhbəti gələndə Azərbaycan futbolunun «yuxarı hissə»sini üfunət basır.
Heç olmasa, «pampers»iniz varmı?

Fikirlərini bizimlə bölüş!