Azərbaycan Premyer Liqasının dəyəri müəyyənləşib. Belə ki, Almaniyanın məşhur “transfermarkt” saytı Azərbaycan çempionatına 61 milyon 550 min avro qiymət qoyub.
Premyer Liqanın ən dəyərli klubu “Qəbələ”di. “Transfermarkt”ın 3.5 milyon avro qiymət qoyduğu Marat İzmayılovu heyətinə qatan komandanın ümumi dəyəri 12 milyon 150 min avrodu.
“Qəbələ”ni 8 milyon 700 min avro ilə “Qarabağ” izləyir. İlk “üçlüy”ü “Neftçi” qapayır. Son 3 mövsümün çempionunun ümumi dəyəri 7 milyon 725 min avrodu. “Neftçi” əzəli rəqibi “Xəzər Lənkəran”ı 200 min avro qabaqlayır.
Çempionatın ən ucuz klubu isə autsayder 1 milyon 900 min avro qiymət qoyulmuş “Sumqayıt”dı.
1. Qəbələ – 12.150.000
2. Qarabağ – 8.700.000
3. Neftçi – 7.725.000
4. Xəzər Lənkəran – 7.525.000
5. Bakı – 7.275.000
6. Simurq – 5.000.000
7. İnter – 4.925.000
8. Rəvan – 3.700.000
9. AZAL – 2.650.000
10. Sumqayıt – 1.900.000
Cəmi – 61.550.000
“Traksfermarkt” saytının hesablamalarına görə ölkəmizdə top qovan ən bahalı futbolçu məhz İzmayılovdu.
“Portu”nun “Qəbələ”yə icarəyə verdiyi rusiyalı futbolçuya 3.5 milyon avro qiymət qoyulub. Onu “Xəzər Lənkəran”ın nigeriyalı futbolçusu Mbilla Etame izləyir – 1.5 milyon avro. İlk “üçlüy”ü 1.3 milyon avro dəyəri olan “Qarabağ”ın braziliyalı oyunçusu Riçard Almeyda qapayır.
Dəyəri 600 min avrodan artıq olan 27 futbolçu arasında “Qarabağ”lılar çoxluq təşkil edir. Ağdam klubunun 6 üzvü ən bahalılar arasına düşüb. “Qəbələ” və “Xəzər Lənkəran”dan 5 oyunçu bu siyahıdadı. “Simurq”un 4, “Neftçi”nin 3, “Bakı”nın 2, “İnter” və “Rəvan”ın 1 üzvü “fərqlənib.
Ən bahalı 27 futbolçu arasında yalnız bir azərbaycanlı var. Belə ki, “transfermarkt” Rəşad Sadıqova 650 min avro qiymət qoyub.
1. Marat İzmayılov (Qəbələ) – 3.500.000
2. Mbilla Etame (Xəzər Lənkəran) – 1.500.000
3. Riçard Almeyda (Qarabağ) – 1.300.000
4. Çumbinyo (Qarabağ) – 1.250.000
5. Ernest Nfor (Neftçi) – 1.200.000
6. Daniel Subotiç (Qəbələ) – 900.000
7. Melvin Platye (Neftçi) – 800.000
8. Lorenzo Ebesilio (Qəbələ) – 800.000
9. Anderson Oliveyra (Simurq) – 700.000
10. Saşa Stamenkoviç (Neftçi) – 700.000
11. Ruben Qonzales (Bakı) – 700.000
12. Vanderson Skarduelli (Xəzər Lənkəran) – 700.000
13. Leroy Corc (Qarabağ) – 700.000
14. Reynaldo Silva (Qarabağ) – 700.000
15. Mikel Alvaro (İnter) – 700.000
16. Vyekoslav Tomiç (Xəzər Lənkəran)- 700.000
17. Dejan Blajevski (Xəzər Lənkəran)- 700.000
18. Rəşad Sadıqov (Qarabağ) – 650.000
19. Benjamin Lambot (Simurq) – 650.000
20. İbrahim Şehiç (Qarabağ) – 600.000
21. Patrik Osiako (Simurq) – 600.000
22. Lukaş Sapela (Rəvan) – 600.000
23. Viktor Mendi (Qəbələ) – 600.000
24. Raul Kostin (Simurq) – 600.000
25. Rafael Santos (Qəbələ) – 600.000
26. Manuel Skarlatake (Xəzər Lənkəran)- 600.000
27. Etto (Bakı) – 600.000




Fikirlərini bizimlə bölüş!