Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Qəbələ” uğursuz məşqçiyə tapşırıldı

“Qəbələ”nin baş məşqçi axtarışıyla bağlı yaxşı bir əsər yazmaq olar. “Qırmızı-qaralar” uzun müddət İvaylo Petevin izinə düşdü. Bir ayağı Qəbələdə, o biri ayağı Limassolda olan bolqar mütəxəssisin yekunda AEL-dən ayrıla bilməyəcəyi məlum oldu. Çıxılmaz vəziyyətdə qalan böl-gə təmsilçisinin ukraynalı Roman Qriqorçukla anlaşacağı deyilsə də, bu variant da puça çıxdı. Nəhayət, şənbə günü məsələyə nöqtə qoyuldu: “Qəbələ” Dorinel Muntyanu ilə birillik müqavilə imzaladı. Deyilənə görə, rumıniyalı çalışdırıcıyla ilkin razılıq hələ Yuri Syominin istefasından dərhal sonra əldə olunubmuş. Ancaq rəhbərlik məşqçi kimi elə də ciddi uğurla-rı olmayan mütəxəssisi ehtiyat variant kimi saxlamağı məqsədəuyğun sayıb. Digər çalışdırı-cılarla ortaq məxrəcə gəlmək mümkün olmadığından Heydərovlar əlacsızlıqdan Muntyanu ilə məsələni “bağlayıb”.

Bəs rumın məşqçi kimdi? Gəlin əvvəlcə onun futbolçu karyerasına qısaca göz ataq. 1968-ci il iyunun 25-də Qredinaridə dünyaya göz açan Muntyanu peşəkar futbolçu karyerasına 20 yaşında start verib. Yarımmüdafiəçinin uğurları 1991-dən başlayıb. Vətənində “Dinamo” (1991-93), “Styaua” (2003-05), ÇFR (2005/06), “Arceş” (2006/07), “Vasluy” (2007/08) və “Universitatya”da (2008) top qovan Muntyanu legioner həyatı da yaşayıb. O Belçikada “Serkl Brügge” (1993-95), Almani-yada isə “Köln” (1995-99) və “Volfsburq”un (1999-2003) şərəfini qoruyub. Rumıniya yığmasında 1991-2007 aralığında 134 oyuna çıxmaqla rekorda imza atan Muntyanu bu görüşlərdə 16 dəfə fərqlənib. Maraqlıdı ki, yarımmüdafiəçinin məyus etdiyi komandalar arasında millimiz də var. 1999-cu il iyunun 9-da AÇ-2000-in seçmə mərhələsi çərçivəsində Buxarestdə keçirilən qar-şılaşmada rumınların 2-ci qolunun müəllifi olub. Maraq üçün həmin matçın meydan sahib-lərinin 4:0 hesablı qələbəsiylə yekunlaşdığını qeyd edək. Muntyanu elə həmin qitə birinci-liyində İngiltərənin qapısına yol tapmaqla (3:2) da diqqət mərkəzinə düşüb.

O məşqçilik karyerasına 2005-də ÇFR-də başlayıb. Kluj təmsilçisində oynayan məşqçi kimi özünə sınayan Muntyanu “Arceş”, “Vasluy” və “Universitatya”da da iki işi bir arada görüb. 2008-də baş məşqçi kimi Rumıniyanın ən titullu klubu olan “Styaua”da debütü uğurlu alınma-yıb. Elə həmin ilin dekabrında uğursuz nəticələr üzündən istefa vermək məcburiyyətində qa-lıb. 2009-da “Otselul”un “sükanı arxasına” keçən gənc mütəxəssis burda özünü məşqçi kimi ta-nıtdıra bilib. Belə ki, 2010/11 mövsümündə bu kluba ilk dəfə Rumıniya çempionluğunu bəxş edən Muntyanu superkubokun qazanılmasında da pay sahibi olub. Nəticədə Çempionlar Liqası-nın qrup mərhələsində debüt edən “Otselul” təcrübəsizliyin qurbanı olub. “Benfika”, “Bazel” və “Mançester Yunayted”lə birgə C qrupunda yer alan Rumıniya təmsilçisi xalsız qalıb. 2012-ci il dekabrın 27-də “Mordoviya” ilə 2,5 illik müqavilə bağlayan Muntyanunun Rusiyadakı fəa-liyyəti uğursuz alınıb. Belə ki, ötən il iyunun 11-də gözlənilmədən klubdan müəmmalı şəkil-də ayrılan rumın çalışdırıcı “Kuban”la anlaşıb. Ancaq bu komandada da çox duruş gətirmə-yib. Avroliqada 2 məğlubiyyət və premyer-liqada 12 turdan sonra komandanın 10-cu pillədə qə-rarlaşması oktyabrın 12-də istefanı şərtləndirib.

Bu arada “Qəbələ”ylə Sloveniyada birillik müqavilə bağlayan 46 yaşlı mütəxəssis klubun rəsmi saytına qısa müsahibə verib.

– Qarşısına böyük məqsədlər qoyan bir klubdan dəvət almaq çox xoşdu. Məqsədə nail olmaq üçün işə uğurlu başlamaq önəmli şərtdi. Başlanğıc necə olursa, sonra elə də davam edir. Özümə və komandama uğurlu mövsüm arzulayıram. Bu isə o deməkdi ki, nəticəmiz ötən mövsümdən yaxşı olsun. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik.

– Qısa müddət sonra “Qəbələ”ni Avropa Liqasında çətin sınaq gözləyir…

– Avroliqaya az vaxt qalması böyük problem deyil. Önümüzdəki 2 həftə yarım zaman kəsiyi ha-zırlaşmağa kifayət edəcək. Vacib olan heyəti formalaşdırmaq, rəqabət qabiliyyətli komanda yaratmaqdı.

– Yəqin ki, komanda üçün yaradılan şəraitlə tanışsız.

– Burdakı hazırlıq şəraiti çox yaxşıdı. Əldə etdiyim məlumata görə, Qəbələdəki şərait də yüksək səviyyədədi. Rəhbərlik də həmişə komandaya yaxından dəstək olur. Bunlar vacib amil-lərdi.

– Köməkçiləriniz kimlər olacaq?

– Köməkçilərim qısa müddətdə komandaya qoşulacaq. Onlar gələn kimi işə başlayacağıq. Fizi-ki hazırlıq üzrə alman məşqçi Ruben Hornberger bizə kömək edəcək. Bundan əlavə Moldovadan analitik-məşqçi Andey Martin və Rumıniyadan məşqçi Katalin Çorman komandamda yer alacaq. Təbii, yerli yardımçım Sənan Qurbanov və qapıçılarla işləyən Dmitri Kramarenko ilə də ça-lışmaqdan məmnunam./Fubol+

Fikirlərini bizimlə bölüş!