Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qazaxlara lazım olmayana Foqts qucaq açır

Reynaldo olan yerdə Nazarov kimdi?

Berti Foqts mayın 28-də səfərdə ABŞ-la keçiriləcək yoxlama görüşü üçün millinin heyətini açıqlayıb. Heyətə nəzər salanda yetərincə sürpriz adlara rast gəlmək olur. Emil Balayev, Şəhriyar Əliyev, Abdulla Abatsiyev, İlkin Qırtımov kimi istedadlı futbolçuların alman mütəxəs-sisin diqqətini çəkməsində qeyri-adi heç nə yoxdu. Balayev istisna olmaqla, başqaları premyer-liqada uğurlu çıxış etməklə Foqtsun rəğbətini qazanıb. Yaxın gələcəkdə yığmaya fayda verəcək-lərinə də şübhə etməyə dəyməz. Bəs Dmitri Nazarov kimdi?

1990-cu ildə Qazaxıstanın Krasnoarmeysk şəhərində dünyaya gələn futbolçunun atası qazax, ana-sı digər millətdəndi. Azərbaycanlı olmadığı dəqiqdi. Atası uzun illər hərbçi olduğundan, Dmitrinin 1 yaşı olanda ailə Almaniyaya köç edib və o vaxtdan bu ölkədə məskən salıblar. Foqt-sun diqqətini çəkən ucaboy forvard karyerasına Almaniyanın “Vormatiya Vorms” klubunda başla-yıb, daha sonra “Kayzerslautern”ə keçib. Burda möhkəmlənə bilməyən “sarışın” daha sonra Frankfurt Ayntraxt”ı və “Preüven Münster”in şərəfini qoruyub. 2013-ci ildən isə aşağı dəstədə mübarizə aparan “Karlsrue”nin uğurları üçün tər tökür. Geridə qalan vaxt ərzində meydana çıxdı-ğı 17 oyunda rəqib qapıçıları 5 dəfə məyus etməyi bacarıb. Ampluaca hücumçudu. Bu sadəcə, xa-tırlatma idi. Yəni Foqtsun bəyəndiyi oyunçunun qısa tanıtması. Bizim demək istədiklərimiz isə tam başqadı.

Öncə başlayaq Dmitrinin yığmamızda nə itirib, nə axtarmasından. Yığmanın son seçmə mərhə-lədə keçirdiyi oyunlarda Rauf Əliyev, Rüfət Dadaşov, Vaqif Cavadov kimi futbolçular özlərini heç də pis tərəfdən göstərmədi. Yəni qol vəziyyətlərinin dəyərləndirilməsi baxımından cid-di problem yaşamadıq. Hücumçular hər imkanda fərqlənməyə müvəffəq olurdu. Adıçəkilən üç nə-fərdən başqa, ehtiyatda Cihan Özkara ilə Vüqar Nadirov da var. Vaxtilə millinin şərəfini qo-rumuş təcrübəli Branimir Subaşiç “Orduspor”un “vuran ayağı”dı ki, çətin vəziyyətdə onu da də-vət etmək olar. Göründüyü kimi, əvvəlki illərlə müqayisədə millidə hücumçu qıtlığı yaşanmır. Azı 3-4 forvardla yola davam etmək olar. Belədə Nazarov kimin nəyinə lazımdı, kimin marağı-nın səbəbkarıdı, bax, bunu anlamaq mümkün deyil.

Yox, söhbət qarşıdakı tsiklə güclü heyət çıxarmaqdan, Avropa təcrübəsi olan hücumçuyla güc-lənməkdən gedirsə, ağzımızın içində Reynaldo var. Həmin oyunçu ki, yığmanın formasını gey-məyə hazır olduğunu dəfələrlə bildirib, ölkə futbolunun sirlərinə bələddi, fərdi keyfiyyət-lərinə, ustalığına, qol duyumuna da söz ola bilməz. Sadəcə, braziliyalının “özəlləşdirilməsi” kimlərəsə sərf etmir. AFFA-da çalışan almanpərəstlər hər cəhddə Foqtsun vətənindəkiləri dartıb gətirməyə çalışdığından, Dmitri layiqli namizədlərdən biridi.

“Karlsrue”nin üzvü buna qədər də – 2012-ci ilin oktyabrında yığmanın təlim-məşq toplanışına dəvət olunmuşdu. Lakin həmin vaxt ortaya hansısa problem çıxdığından alnına “zədəli” damğa-sı vuruldu və beləcə, onu görmək imkanından məhrum olduq. Əməkdaşımız Rəşad Qasımov Foqtsa mətbuat konfransında Nazarovun kimə lazım olduğunu soruşanda alman mütəxəssis bu suala AFFA rəsmilərinin cavab verə biləcəyini demiş, pasport və “milliləşdirmə” işi ilə özünün məşğul olmadığını dilə gətirmişdi. Dolayı yolla futbolçunu yığmaya özünün “sıramadığına” işarə vurmuşdu.

Maraq üçün internet qaynaqlarında qurdalandıq və yığmanın formasını geyməyə yaxın olan fut-bolçunun 2012-də sports.kz saytının Almaniyadakı müxbiri Miron Qoyxmana verdiyi müsahibə rastımıza çıxdı. Həm də içində AFFA rəhbərlərinin utanc tərini axıda biləcək cümlələrlə. Nazarovun müsahibənin girişindəki iki suala verdiyi cavabla siz də tanış olun. Utananlar isə qoy başqaları olsun.

– Azərbaycan millisindən təklif almısız…
– Bəli, təxminən iki ay öncə Berti Foqts köməkçisi Olaf Yansenlə Almaniya kuboku çərçivəsində keçirilən oyuna baxırdı. Həmin qarşılaşmada biz “Verder”i məğlub edərək böyük sensasiyaya imza atdıq. Görüşdən sonra Azərbaycan yığmasının çalışdırıcısı baş məşqçimiz Pavel Don-çevdən haqqımda məlumat toplayıb, çalışdırdığı millidə oynamaq istəyib-istəmədiyimi soru-şub. Ondan sonra bir neçə dəfə Foqtsla telefon danışığımız oldu. O məni sentyabrdakı oyunla-ra dəvət etsə də, klubumun vacib görüşlərinin olduğunu nəzərinə çatdırdım. İstisna etmirəm ki, yaxın vaxtlarda Azərbaycandan yenə təklif alacam və həmin vaxt qərarımı verəcəm. Hələ ki Al-maniya pasportuna sahibəm. Keçmiş SSRİ ölkəsində doğulduğumdan Azərbaycan və ya Qazaxıstan vətəndaşlığı almaq problemə çevrilməməlidi. Ancaq bugünə kimi Qazaxıstan millisindən mə-nimlə maraqlanan olmayıb.
– Qazaxıstan və Azərbaycanı yığmaları arasında seçim etməli olsan, hansına üstünlük verərsən?
– Dediyim kimi, bugünə kimi mənə və agentimə Qazaxıstandan müraciət edən olmayıb. Ona görə də bu haqda düşünməmişəm. Ancaq bir şey dəqiqdi ki, millidə oynamaq hər bir futbolçunun arzusu-du. İndi başım klubumun oyunlarına qarışıb.

Fikrimcə, bu sözlər yığmanın formasını geyəcək futbolçunun əsl simasını ortaya qoyur. Qazaxıstanda doğulan, atası qazax olan Nazarov orda heç kimə lazım deyilsə, bizə hansı faydanı ve-rəcəyi böyük sual doğurur. Reynaldo nəyimizə gərək? Nazarov olsun, nəqd olsun!|Futbol+

Fikirlərini bizimlə bölüş!