Son futbol ilində “Kəpəz”də özünü doğrultmayan İdarə Heyətinin sədri Adil Vəliyevin yola salınmasından sonra klubda eyni vəzifəni tutacaq şəxsin adına aydınlıq gəlib. Bu, Anar Abdullayev olacaq.
Abdullayevin təyinatının rəsmiləşməsi güman ki, bu həftə reallaşacaq. Bununla da “Kəpəz”də gözləniləni həyata keçirə bilməyən hazırkı rəhbərliyin yola salınmasına start veriləcək.
Klub rəsmiləri arasında ön cərgədə duran İdarə Heyətinin üzvü, sədrin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə və onun yaxın kadrları, başda icraçı direktor Ruslan Məmmədov olmaqla bir çoxları Gəncə təmsilçisindən yola salınacaq.
Mövzu üzrə digər yazılar: Gəncə futbolu dosyesi.


Fikirlərini bizimlə bölüş!