Gəncədə qazon niyə ala-bozdu?

Gəncədə qazon niyə ala-bozdu? — illüstrasiya

Hələ “Kəpəz” – “Turan” oyununda fikir vermişdim ki, Gəncə stadionunun ot örtüyü heç də ürəkaçan deyil. Rəngi solğundur, meydanın müxtəlif hissələrində bozarmış sahələr gözə dəyir.

Aradan 10 gündən çox vaxt keçib. Bəs vəziyyət dəyişibmi? Baxaq.

Bu şəkil bu gün “Gəncəbasar” – “Xankəndi” oyunu (2:1) zamanı çəkilib. Digər şəkil isə axşam “Real Madrid” – “İnter” matçındandır. Yəni fərq göz qabağındadır. Bizim qazon nimdaş paltara oxşayır. Daha doğrusu, oxşadıblar…

Bir sual qalır: Belə möhtəşəm stadionun ot örtüyünə cavabdeh olan şəxslərdən niyə soruşulmur ki, bu meydan niyə bu gündədir?

Hansısa sayt isə yazıb ki, Gəncə stadionunda ardıcıl oyunların(cəmi 3 oyun) keçirilməsi qazonun yanmasına səbəb olub. Daha yazmır ki, bu qazon elə birinci oyunda ala-boz idi.

Yox, məqsədiniz “Gəncəbasar”ı təqib etmək, oyunlarını başqa stadionda keçirməyə nail olmaqdırsa, bunu bacarmayacaqsınız. “Gəncəbasar” Gəncənin klubudur və bu stadionda oynayacaq!

Redaksiyadan: Məsələ ilə bağlı Gəncə Şəhər Stadionunun direktoru Elçin Osmanov “Futbol+”a açıqlamasında bildirib ki, ot örtüyünün saralması mövsümlə əlaqədardır:

“Ot örtüyü avqustun isti keçdiyi ölkələrdə bir çox stadionda saralır. Qazonun kölgə düşən hissələrində ot yaşıl rəngdədi. Sadəcə, günəş şüalarının birbaşa düşdüyü ərazilərdə saralma müşahidə olunur. Örtüyün baxımı, dərmanlanması və sulanması qaydasında aparılır. Sadəcə, mövsümlə bağlı saralma var. Avqustla müqayisədə inkişaf var, daha az saralma müşahidə olunur. Bu problem də yaxın müddətdə aradan qalxacaq”.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!